Nar şirəsinin faydaları və düzgün qəbulu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 550
Səs ver:
(səs: 4)
Nar şirəsi çox xeyirli müalicəvi məhsuldur.
Qadınlar.biz xəbər verir ki, nar şirəsinin tərkibi müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada С, В1, В2, А, Е, РР, orqanik turşular, aminturşuları və s. kimi xeyirli maddələr var.
- Nar şirəsi ürək-damar sistemi üçün çox faydalıdır. Nar şirəsi qədim zamanlardan qanazlığı ilə mübarizədə çox geniş istifadə olunurdu. Bu şirənin müntəzəm qəbulu həqiqətən qanın tərkibinə müsbət təsir edir.
- Nar şirəsi pektinlərlə zəngindir. Bu maddələr bağırsaqlarda yığılan ziyanlı maddələri xaricə çıxartmağa kömək edir.
Tanin maddələrlə zəngin olan nar şirəsi bağırsaqlara büzücü təsir edir və ishal zamanı yaxşı kömək edir.
- Nar şirəsi polifenol maddələrlə zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma və dağılma proseslərlə mübarizə aparır, orqanizmi cavanlaşdırır.
- Həkimlərin fikirinə görə, nar şirəsi xərçəng xəstələri üçün çox faydalıdır. Xüsusi araşdırmalar nəticəsində məlum oldu ki, nar şirəsi prostat xəsrçəngindən əziyyət çəkən xəstələrin vəziyyətini yaxşılaşdırır.
Həmçinin nar şirəsi xərçəngin profilaktikası üçün istifadə oluna bilər.
- Nar şirəsi sidikqovucu təsirə malikdir - ödemləri azaldır, təzyiqi tənzimləyir, böyrəkləri təmizləyir.
- Nar şirəsi immun sisteminin fəaliyyətini yaxşılaşdırır, orqanizmi möhkəmləndirir.
- Həkimlər nar şirəsini yarıbayarı su və ya digər şirələrlə (xüsusilə kök şirəsi ilə) durulaşdırılmış şəkildə qəbul etmək tövsiyə edirlər. Təmiz nar şirəsi bağırsaqları "yığır" ki, bu qəbizliyə səbəb ola bilər. Həmçinin təmiz nar şirəsinin qəbulu bəzi mədə və 12 barmaq bağırsağı xəstəlikləri, pankreatit zamanı əks-göstərişdir. Təmiz nar şirəsi diş emalına da mənfi təsir edə bilər.
Təbii nar şirəsini saxlamaq olmaz (hətta soyuducuda), şirəni hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 3 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri