Hansı çörək nəyə faydalıdır?

Müəllif: aliceWOnDer
Şərhlər: 7
Baxılıb: 3 698
Səs ver:
(səs: 1)
Yüz illərdir ki, dünyada ən çox istifadə edilən qida çörəkdir. Odur ki, çörəyin çoxlu çeşidləri var.
Ancaq son illər diyetoloqlar çörəyin kökəlməyə səbəb olduğunu dediklərindən, ondan imtina edənlərin sayı artmağa başlayıb. Lakin həkimlər bildirirlər ki, çörək nəinki kökəltmir, əksinə, sağlamlıq üçün faydalıdır.

Bəs hansı çörək növü daha faydalıdır?

Çovdar çörəyi
Digər çörək növləri ilə müqayisədə daha az karbohidrat ethiva edir. Tərkibində yüksək miqdarda zülal var. İnsanı uzun müddət tox saxlayır və enerji verir. Ona görə də arıqlamağa kömək edir.

Bütöv dənli buğdadan hazırlanan çörək
Belə çörək keyfiyyətli lif qaynağı hesab edilir. Həzmi yavaşladaraq bədəni uzun müddət enerji ilə təmin edir. Həmçinin qandakı şəkərin miqdarını sabit saxlayır. Vitamin və minerallarla zəngindir.

Kəpəkli çörək
Tərkibində bol miqdarda vitamin və zülal var. Bağırsaqların işini asanlaşdırır. Bağırsaq xərçənginə yaxalanmaq riskini azaldır. Ehtiva etdiyi lif sayəsində həzmə kömək edir.

Ağ çörək
Bütün həkimlər deyirlər ki, sağlam qalmaq üçün əsas qayda 3 ağ qidadan uzaq durmaqdır. Bunlar - şəkər tozu, duz və əla növ undur. Əla növ unda qida maddələri və vitamin dəyəri az olur. Belə çörəyin tərkibində qlüten, nişasta və şəkər olduğu üçün sağlamlığa zərərlidir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri