Orqanizmi nikotindən təmizləyən qidalar

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 2 114
Səs ver:
(səs: 2)
Siqaret aludəçilərinin bədənində nikotin toplanır və bu da bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. Siqareti tərgitdikdə belə, nikotinin bədəndən atılması xeyli vaxt alır.
 
Ancaq mütəxəssislər bəzi qidaların nikotinin bədəndən təmizlənməsinə kömək etdiyini bildirir.
 
Su
Orqanizmi sadəcə nikotindən deyil, bütün kimyəvi maddə və toksitlərdən təmizləyir. Gündə ən az 2 litr su için.
 
Kivi
Bu meyvənin tərkibindəki maddələr nikotinlə mübarizə aparır. Nikotinin bədəndən təmizlənməsi üçün həftədə 3 dəfə 1 ədəd kivi yeyin.
 
Kök şirəsi
Yerkökü nikotini təmizləməklə yanaşı, onun orqanizmə verdiyi zərəri aradan qaldırır. Siqaretin səbəb olduğu dəri rənginin tündləşməsi və erkən yaşlanma kimi problemlərə qarşı yerkökü şirəsi əsl şəfa mənbəyidir.
 
Gicitkən otu
Bol miqdarda dəmir ehtiva etdiyi üçün orqanizmə faydalıdır. Nikotini təmizləmək üçün həftədə 3 dəfə gicitkən otu suyu içmək lazımdır. Gicitkəni müxtəlif xörəklərə əlavə etmək olar. Məsələn, ondan göyərti küküsü bişirmək mümkündür. Onu dovğaya da əlavə edə bilərsiniz.
 
Zəncəfil
Nikotinin orqanizmdən atılmağını təmin etməklə yanaşı, ağciyərləri də təmizləyir. Zəncəfil həm də siqaret istəyini azaldır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri