Ağıllı
olmaq üçün təkcə kitab oxumaq, təhsil almaq, müdiklərin söhbətlərinə
qulaq asmaq kifayət deyil. Bunun üçün həm də düzgün qidalanmalı, qida
rasionuna beyin fəaliyyətini yaxşılaşdıran "ağıllı” qidaları daxil etmək
lazımdır. Bəs insan beyninin fəaliyyətinə hansı qidalar müsbət təsir
göstərir?
sağlamlıqla bağlı növbəti yazısı "ağıllı” qidalardan bəhs edir.
Qaragilə
beyin fəaliyyətinin zəifləməsinin qarşısını alır. Xüsusilə insanın
yaşlandığı dövrdə zehni məhsuldarlığın aşağı düşməsini ləngidir.
Müntəzəm olaraq qaragilədən istifadə etmək əldə olan biliklərin,
oxunulan elmi və bədii ədəbiyyatların mənimsənilməsinə kömək edir.
Qaragilə həmçinin görməni yaxşılaşdırır, gözün yorğunluğunu götürür,
torlu qişada işığa həssas hüceyrələrin yeniləşməsini sürətləndirir.
Qaragilənin faydalı xüsusiyyətlərindən biri də yaddaşı
möhkəmləndirməsidir.
Ərik
qurusu C vitamini və dəmirlə zəngindir. Dəmir beynin analtik
təfəkkürünə, təhlil etmək funksiyasına cavabdeh olan sol yarımkürəsinin
fəaliyyətini stimullaşdırır. C vitamini isə dəmirin orqanizm tərəfindən
yaxşı mənimsənilməsinə kömək edir. Gün ərzində 3-4 ərik qurusu yeməklə
ətrafda baş verən hadisələri daha düzgün təhlil etmək olar.
Cəmisi
bir ədəd kivi yeməklə gün ərzində beyni mənfi təsirlərdən qorumaq olar.
Kivi güclü antioksidant olaraq yaddaşı zəiflədən, beynin normal
fəaliyyətinə mane olan sərbəst radikallara qarşı effektli və təsirli
mübarizə aparır. Bununla yanaşı kivi stressə qarşı da xeyirlidir. O,
zehni gərginliyi aradan qaldırır və sinir sisteminə müsbət təsir
göstərir.
Bir
çox faydalı xüsusiyyətləri olan üzüm beynin normal fəaliyyəti üçün
faydalıdır. O, beyinə qan axınını gücləndirir, yaddaşı yaxşılaşdırır.
Qara üzüm beyin və sinir hüceyrələri membranında lazımi miqdarda
piylərin olmasına köməklik edir ki, bu da beynin zədələnməsinin
qarşısını alır.
Əncir
beyni təmizləyir, onun oksigenlə təchizatını yaxşılaşdırır, yorğunluğu
götürür, beynin məhsuldarlığını və həssaslığını artırır. Zehni əməklə
məşğul olanlar üçün faydalarına görə əncir ən yaxşı qida məhsullarından
biri sayıla bilər.
Beynin
fəaliyyətinə müsbət təsir göstərən qida məhsullarından biri də tünd
şokoladdır. Söhbət yalnız tünd və qara şokoladdan gedir. Şokolad beynin
qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir. Onu da nəzərə almaq
lazımdır ki, tünd şokoladdan qədərində istifadə edilməlidir. Əks
təqdirdə olan qalan ağılı da itirib sağlamlıq üçün kifayət qədər
problemlər qazanmaq olar.
Beynin
normal fəaliyyəti üçün balqabaq tumu da faydalıdır. Öz zəngin tərkibi
ilə balqabaq tumu bötövlükdə beynin işinə müsbət təsir göstərir, yaddaşı
gücləndirir, zehni əməklə məşğul olan insanların iş məhsuldarlığını
artırır.
Ağıllı
olmağınıza şübhə ilə yanaşmayın. Amma daha ağıllı olmaq üçün beyninizin
sevdiyi "ağıllı” qidaları rasionunuza daxil edin.