Şərbətli şirniyyat yerinə qara şokolad
Bir
çox insan kədərini şirniyyat yeyərək aradan qaldırmağa çalışır. Halbuki
son dərəcə ağır və sağlamlığınız üçün zərərli bu qidaların yerinə, qara
şokoladın sizə daha yaxşı təsir edəcəyini bilirsinizmi? Stressin bir
nömrəli düşməni qara şokoladdan bir parça yediyiniz zaman, seratonin
beyninizdə gəzməyə başlayır. Tərkibindəki flavonoid isə, qanı
sulandırır, ürək xəstəlikləri riskini azaldır.
Kişmiş əvəzinə banan
Sıx
və stressli bir gün yaşayırsınız? Əliniz istər istəməz qabdakı kişmişə
gedir. Bəli, bunları yeyərək glisemik indeksinizi yüksəldərək, qısa
müddətə özünüzü xoşbəxt hiss edə bilərsiniz. Halbuki B6 vitamini ilə
zəngin olan bir banan yeyərək, bədəninizdəki serotonin və dopamin
sintezini artıra bilərsiniz. Bədəninizdəki B6 vitaminini artıraraq
stresslə mübarizə aparmaq üçün yediyiniz bu meyvənin, sizi potensial bir
depressiya təhlükəsindən qoruyacağınıda unutmayın!
Pəhriz kola yerinə portağal suyu
Araşdırmalar,
süni dadlandırıcıların insanların psixoloji vəziyyətləri üzərində
təsirli ola biləcəyini göstərir. Bu araşdırmalardan çıxan nəticəyə görə;
psixoloji pozğunluğu olanlara mənfi təsir yaradan dadlandırıcılar,
depressiya əhvalında olan insanların da vəziyyətini pisləşdirir.
İçkilərin psixologiyanız üzərində konstruktiv təsir yaratması üçün, C
vitamini ilə zəngin portağal suyunu seçə bilərsiniz. Çünki bu vitamin
beyin sinirlərinin balansına kömək etdiyi kimi, depressiya
simptomlarının azalmasına da dəstək olur.
Fıstıq yerinə qoz
Ara
paylara həsrət duyur amma yemirsiniz? Əgər bir az çərəz yemək sizi
xoşbəxt edəcəksə, qozu seçin! Çünki Omega 3 baxımından zəngin olan qoz,
psixologiyanızı düzəldəcək əhəmiyyətli yağ turşularını ehtiva edir.
Kahı yerinə ispanaq və tərə
Salatlarınızda
tünd yaşıl yarpaqlı tərəvəzlər yemək istəməyə bilərsiniz. Amma
unutmayın ki, tərkibində bol miqdarda maqnezium olan ispanaq və tərə
yeyərək, bədəninizin stresslə mübarizəsinə kömək edə bilərsiniz. Çünki
maqnezium, aybaşının ilk əlamətləri olan narahatlıq və əsəbililiyi
aradan qaldırmağa kömək olur.