Boy uzadan qidaların siyahısı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 690
Səs ver:
(səs: 1)
Süd, pendir və qabaq tumunun boy uzatdığını demək olar ki, hər kəs bilir. Ancaq elə qidalar da var ki, onların boy uzatdığından xəbərsizik.
 
boy uzadan ən təsirli qidalardan bir neçəsini təqdim edirik:
 
Nişasta
Nişasta bədənin ən əsas enerji mənbələrindən biridir. B vitamini, lif, dəmir, maqnezium və kalium ehtiva edir. Uşaqların boyunun uzanmasına yardım edir.
 
Yumurta
Yumurta ağı zülal və B2 vitaminindən ibarətdir. Ona görə də, hüceyrələrin çoxalmasına kömək edir. Boyun uzanması üçün orqanizmin B2 vitamininə ehtiyacı var.
 
Soya lobyası
Soyanın tərkibində bol miqdarda zülal var. Bu qida sümükləri gücləndirir və sümük toxumalarının çoxlamasına kömək edir. Gündə 50 qram soya yemək boyun uzanmasını sürətləndirəcək.
 
Yulaf
Yulaf da zülalla zəngin qidalardan biridir. Yulaf bədənin əzələ kütləsini artırır, piy miqdarını azaldır. Səhər yeməyində yulaf yemək məsləhətdir.
 
Mərcan kalsiumu
Mərcan kalsiumu apteklərdə həb şəklində satılır. Ancaq ondan istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.
 
Toyuq və hinduşka əti
Toyuq və hinduşka ətinin tərkibindəki zülal əzələ və toxumaların inkişafını dəstəkləyir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri