Hamıya
məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz
yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə
də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu
bildirirlər. Çünki meyvə salatına müxtəlif meyvələr əlavə edildiyi üçün
orqanizmin vitamin və mineral çatışmazlığını ödəyir.
Bədənimiz
gün ərzində bir çox vitamin və minerallara ehtiyac hiss edir. Əgər bir
və ya iki meyvə növü ilə kifayətlənsək, bu vitamin çatışmazlığı ilə
üzləşməyimizə səbəb olar.
Avropada
insanlar meyvəni salat formasında yeməyi xoşlayırlar. Ancaq bizim
ölkəmizdə demək olar ki, meyvə salatı sadəcə özəl günlərdə yeyilir.
Meyvə
salatına əlavə edilən meyvələri də düzgün seçmək lazımdır. Elə etmək
lazımdır ki, meyvə salatı müxtəlif vitamin qrupları ehtiva etsin.
Xüsusilə də C, B, A vitaminləri ehtiva edilən meyvələr mütləq gün
ərzində qəbul edilməlidir.
Meyvə salatlarına kivi, portağal, naringi, quru meyvələr, alma və armud əlavə etmək olar.
Sonda onu da qeyd edək ki, meyvə salatınını mövsum meyvələrindən hazırlamaq məsləhətlidir.