Orqanizmin
qeyri-üzvü maddələrindən olan minerallar, bədənin sağlam olması üçün
olduqca lazımdır. Onlar vitaminlərlə birlikdə qida maddələrinin təsirli
bir şəkildə istifadəsini təmin edir. Beləcə, mineralların sağlam diş və
sümük quruluşuna, ürəyin nizamlı və məhsuldar fəaliyyətinə, əzələ
funksiyalarının bərpasına, hüceyrə qorunması və inkişafına, sinir
sisteminin yaxşılaşmasına, bədəndəki su tarazlığının qorunması kimi bir
çox funksiyalara köməkliyi olur. Bu səbəbdən də, insan bədəni üçün
mineral və vitaminlərin əhəmiyyəti böyükdür.
Bədənin sağlam qalması üçün ehtiyac duyulan mineral növləri çoxdur.
Həmin minerallara dəmir, kalsium, maqnezium, sink, natrium, fosfor və
bir çoxlarını sadalamaq olar.
Bədənin, ehtiyac duyduğu minerallar yetərli miqdarda olmadığından,
mineral çatışmazlığı yaranır. Nəticədə bir çox həyati funksiyaların
axsaması və ciddi sağlamlıq problemləri olur. Bu səbəbdən, mineral
əskikliyindən qorunmaq üçün sağlam və balanslı qidalanmaq, yetərli maye
almaq lazımdır. Mineralların lazımi miqdarda alınması vacibdir. Həm də
alınan mineralların normadan çox itirilməməsi lazımdır. Mineral
itkisinin əsas səbəblərinə siqaret və spirtli içkilər, sidik qovucu
dərmanlar, ishal, tərləmə və s. aiddir. Bədənin maye və mineral
itkisinin qarşısının alınması üçün spirtdən və siqaretdən uzaq durmalı,
düzgün qidalanma və kafi maye qəbuluna diqqət göstərilməlidir. Bədənin
mineral ehtiyacı hamiləlik və əmizdirmə dövründə, böyümə və inkişaf
çağındakı uşaqlarda və idmançılarda daha çoxdur.
Minerallar müəyyən bir dozadan çox alındıqda zərərlidir və müxtəlif sağlamlıq problemlərinə yol açar.