Damarları təmizləyən və ürəyi qoruyan qidalar

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 335
Səs ver:
(səs: 1)
Ürək narahatlıqları ilə bağlı şikayətlər gündən-günə artmaqdadır. Bu da birbaşa sağlamlığımıza ziyandır.
Balanssız qidalanma nəticəsində tıxanan damarlar isə ölüm riskini artırır. Bəs özümüzü bundan necə qoruyaq? Aile.lent.az damarları təmizləyən möcüzəvi qidaları bu cür sıralayıb.
 
Badam
E vitamini, həll edilmiş lif və doymamış yağlarla zəngin olan badam ehtiva etdiyi antioksidanlar sayəsində damarlara zərər dəyməsinə mane olur.
 
Zərdəçal
Zərdəçal damarların təmizlənməsində ən təsirli ədviyyatlardan biridir. Bundan başqa, damar sərtliyinin qarşısını alır və yağ yığılmasına mane olur.
 
Nar
Tərkibindəki antioksidanlar sayəsində nar qan dövranını sürətləndirir, qanın axıntısını artırır və damarların tıxanmasının qarşısını alır.
 
Yaşıl çay
Yaşıl çayın tərkibindəki oksidativ damarları zədələyən stressi azaldır və damarları təmizləyir. Ehtiva etdiyi antioksidanlar xolesterolu aşağı salar və bunun sayəsində ürək qorunur.
 
Yulaf
Yulaf xolesterolu aşağı salır və damarları təmizləyir. Yemək menyunuza yulaf əlavə etməyiniz məsləhətdir.
 
Darçın
Antioksidan qaynağı olan darçın qandakı şəkəri aşağı salır və bu damarlar üçün çox faydalıdır. Gündə 1 çay qaşığı darçının qandakı yağ nisbətini 26% azaltdığı sübut edilib.
 
Zeytun yağı
Aralıq dənizi ölkələrində ürək xəstəliklərinin müşahidə edilmə faizi yüksəkdir. Bunun səbəblərindən biri də zeytun yağından istifadənin çox aşağı olmasıdır. Tərkibindəki antioksidanlar sayəsində xərçəngin qarşısını alır və təzyiqi aşağı salır.
 
Brokoli
K vitamini və lif baxımından zəngin olan brokoli xolesterolu və təzyiqi aşağı salar. K vitamini damarlardakı kalsium səviyyəsini tarazlayır.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 335
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri