Qarpızı qışa saxlamaq olar

Müəllif: Narın Yağış
Şərhlər: 4
Baxılıb: 2 220
Səs ver:
(səs: 0)
Qışda da təzə qarpız yemək hər kəsin arzusudur. Lakin artıq bu arzunu reallığa çevirə bilərsiniz. Hindistanda maraqlı üsulla artıq qarpızı qışa qədər mühafizə etmək mümkündür.Bu üsulla sizi də tanış edirik. İlk növbədə onu bildirək ki, qışa saxlayacağınız qarpız çatlaq, əzik və başqa zədəsi olmamalıdır. Əks təqdirdə işə yaramayacaq.

Qışda yemək istədiyiniz qarpızı seçin. Qarpızın çəkisi 4 kq civarında olmalıdır. Qarpızın çox yetişmiş və qabığının qalın olması idealdır. İndi isə sizə lazım olan əsas vəsait parafin yağı və ya şamdır. Bu iki maddə ilə qarpızı tamamilə bükürsünüz. Beləliklə, qarpız xarici faktorlardan və nəm itkisindən qorunur.

Bunun üçün:
Quru bir bezlə qarpızı silin.
Parafin yağı və ya şamı suda əridin.
Bir az soyumasını gözlədikdən sonra qarpızın səthini, 0,5 sm qalınlığında bu maye ilə örtün.
Donub sərtləşməsi üçün gözləyin.
Həmin qarpızı içində saman və ya qəzet kağızları ilə dolu bir qutuya qoyub üstünü bağlayın.
Qaranlıq, sərin və quru bir yerdə mühafizə edin.
Qarpızın üzərində hər hansı bir çatlaq və ya iz olub-olmadığını tez-tez yoxlayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri