Beynə faydalı olan 5 qida

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 612
Səs ver:
(səs: 0)
Balıq
Sözsüz ki, bu mövzuda birinci yeri BALIQ tutmalı idi... Tərkibindəki Omeqa-3 turşusunun (balıq yağı) sayəsində bu dəniz məhsulu beyin fəaliyyətini gücləndirən ən əla qidadır!

İspanaq
Kalsium, maqnium, sink, dəmir, A, C və E vitaminləri ilə zəngin olan ispanağa elə-belə baxmayın. Onu gündəlik qida rasionumuza daxil etməliyik. Bu göyərtidə həm də ən vacib olan element – fol turşusu var ki, onu uşaqların, hamilə xanımların daha çox istifadə etməsi qaçılmazdır. Əgər siz və ailəniz ispanağı sevmirsizsə, ondan fərqli, dadlı yeməklər hazırlaya və bu möcüzəvi bitkiyə heyran ola bilərsiz...

Püstə

Beynin yaxşı çalışması üçün vacib olan elementlərdən ən əsası dəmirdir. Bu element yorğunluqla mübarizə aparmağa, gümrahlığı artırmağa kömək edir. Dəmirsiz beyin heç bir halda normal fəaliyyət göstərə bilməz!!! Bu baxımdan da ən çox dəmirə sahib olan qidalardan biri də püstədir. Bu element ciyər, göbələk, hətta digər çərəzlərlə müayisədə püstədə daha çoxdur. Odur ki, imkan daxilində onu tez-tez alın və yeyin, uşaqlara yedirin.

İtburnu
İtburnu çayı böyük miqdarda C vitamini mənbəyi deməkdir – bunu hər kəs bilir. Amma kimsə bilirdi ki, bu bitki beynin fəaliyyətinə stimul vermək qabiliyyətinə də malikdir? Məsələ burasındadır ki, C vitamini və ya askorbin turşusu sayəsində bu bitki ilə dəmlənmiş çayı içən insanlarda beyin dincəlir, diqqət toplanır, dərketmə sürətlənir, yorğunluq hissi aradan qalxır.

Kəsmik
Kalsiumla zəngin qidaların sümük və dişləri bərkitdiyi hər kəsə məlumdur. Sən demə, belə qidalardan olan kəsmik həm də beynin inkişafına da təsir göstərir. Bunun cavabı sadədir: beynin normal fəaliyyəti sakit sinir impluslarından, sinir sistemi isə kalsiumun miqdarından asılı olaraq fəaliyyət göstərir. Bu isə o deməkdir ki, kəsmiyin tərkibindəki sink, dəmir, fosfor, kalsium, kalium kimi elementlər nəinki beynin sağlamlığı, hətta bütün orqanizmin sağlamlığı üçün vacibdir. Odur ki, bu qidaları çox yeyin!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 612
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri