Gün ərzində son qida qəbulu yatmazdan ən azı 2 saat əvvəl olmalıdır. Axşam saatlarında insan daha az hərəkət edir, dincəlir ki, bunun nəticəsində qida ilə aldığımız kalorilər sərf edilmir və artıq çəkinin yığılmasına səbəb olur. Digər tərəfdən yuxu zamanı insan orqanizmində gedən bir çox proseslər, və o cümlədən həzm prosesləri, ləngiməyə başlayır. Nəticədə yatmazdan əvvəl qəbul olunmuş qida normal həzm olunmur, bağırsaqlarda çürüməyə başlayır, nəticədə orqanizmdə toksinlər və şlaklar yığılır, orqanizmdə intoksikasiya (zəhərlənmə) inkişaf edir. Makaron məhsulları Axşam yeməyində qəbul edilməsi məsləhət bilinməyən qidalardan biri də makaron məhsullarıdır. Əlbəttə ki, belə məhsulların hazırlanması çox rahatdır, ancaq yadda saxlayın ki, onlar külli miqdarda karbohid mənbəyidir. Siz yatağa uzananda bu karbohidratlar piyə çevrilir. Bu cür qidaların yatmazdan ən azı 3 saat öncə yemək olar. Pizza Pizzanı çox adam sevir. Onu da yüngül şam yeməyi adlandırmaq olmaz. Həzm sisteminə bir günə yaxın vaxt lazımdır ki, bu qidanı tam olaraq həzm edə bilsin. İndi təsəvvür edin ki, gecə vaxtı orqanizm necə gücə düşür. Bundan əlavə, pizzanın tərkibində turşuluq miqdarı yüksək olan inqridientlər mədə qıcqırmasına səbəb ola bilər.