Göy və bənövşəyi rəngdə meyvə və tərəvəzlər nə ilə faydalıdır?

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 3 333
Səs ver:
(səs: 1)
Tərkibində olan bu və ya digər maddələrdən asılı olaraq meyvə və tərəvəzlər müxtəlif rənglərdə olur - yaşıl, sarı, qırmızı, hətta qara.
Göy və bənövşəyi rəngdə olan meyvə və tərəvəzlər çox faydalı sayılır. Onların tərkibində "antosian" və "resveratrol" adlı maddələr var. Məhz bu maddələr bu meyvə və tərəvəzləri göy və bənövşyi rəngə boyayır.
Antosian maddəsi iltihab və xərçəngəleyhinə təsirə malikdir, ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin riskini azalıdır, piylənmə və artıq çəki ilə mübarizə etməyə kömək edir.
Resveratrol orqanizmdə qocalma prosesləri ləngidir, güclü iltihabəleyhinə təsirə malikdir, xolesterinin səviyyəsini aşağı salır, xərçəng və Alsheymer xəstəliyinin riskini azaldır.
Göy və bənövşəyi rəngdə olan məhsullar görmə üçün xeyirli olan lüteinlə zəngindir. Həmçinin onların tərkiində C vitamini var.
Bu məhsulların tərkibində olan "kversetin" adlı maddə güclü iltihab, allergiya, virus əleyhinə təsirə malikdir, orqanizmi xərçəngin inkişafından qoruyur, ürək-damar sisteminə müsbət təsir edir, arterial təzyiqini normada saxlamağa kömək edir.
Meyvələr: böyürtkən, göy əncir, qara üzüm, qara qarağat, qavalı, göyəm.
Tərəvəzlər: badımcan, çuğundur, qırmızı soğan, qırmızı kələm, bənovşəyi kök.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri