Gicitkənin faydaları bitməz

Müəllif: Barbaris
Şərhlər: 10
Baxılıb: 11 928
Səs ver:
(səs: 0)
Gicitkən çoxillik bitki olub Gicitkənkimilər fəsiləsinə daxildir. O Avropa, Asiya, Afrika, Avstraliya və Şimali Amerikanin əksər bölgərində yetişir. Ona hətta, Hindistanda, MDB ölkələrində, Çində, Yaponiyada, İngiltərədə də rast gəlinir. Bizim ölkəmizin demək olar ki, bütün bölgələrində Gicitkən yabanı halda yetişir.
Gicitkən hər bir ölkənin dilində özünəməxsus adlandırırlar. Onun kökü möhkəm olur, gövdəsi və yarpaqları isə nazik yumşaq yandırıcı təbəqə ilə örtülür.
Qadınla.com bildirir ki, Gicitkənin tərkibində fitonsidlr, kükürd, fenol turşusu, dubil maddələr, fol turşusu, xolin(B4), beta-karotin, H vitamini, E vitamini var. Onun gövdəsi və yarpaqları efir yağları, sirotinin, porfirin, pantoten,fenolkarbon turşusu, flavonidlər, qlizodurqitsin, histamin ilə zəngindir. Gicitkənin yarpaqlarında olan nazik tükcüklərin tərkibində kremninem, qarışqa turşusu, asetilxonil var. Onun toxumları isə linolen turşusu, C vitamini ilə zəngindir. Gicirtkıninn tərkibində olan C vitamini orqanizmin immunitetini yüksəltmək və möhkəmləndirmək qabiliyyətinə maikdir. Tərkibində olan K vitamini orqanizmdəki iltihabi prosesləri aradan qaldırır, qanın laxtalanma qabiliyyətini yaxşılaşdırır. Tərkibində olan B qrup vitaminlər, bor çox sinir xəstəliklərinin əlamətlərinin azalmasına səbəb olur. Gicitkəndə olan kalsium və fosfor sümüklərin və dişlərin möhkəmlənməsinə səbəb olur. Kalium və maqnium qarışımı ürək-damar sisteminin funksiyasının yaxşılaşmasında aktiv rol oynayır. Gicitkənin tərkibində olan fol turşusu dəmir defisit anemiya zamanı çox faydalıdır. Gicitkən orqanizmdə olan bakteriya və toksinlərə qarşı mübarizə apara bilmək qabiliyyətinə malikdir və radiasiya şüalarının orqanizmdən zəmizlənməsinə səbəb olur.
Müalicə məqsədilə ən çox Gicitkənin yaz aylarında yığılan yarpaqlarından istifadə edilir. Bu bitkinin yarpaqlarını ay işığında toplayırlar. Bünün bu saatında Gicitkən öz müalicəvi gücünü tam toplamış olur.
Gicitkənin bir çox müalicəvi xüsusiyyətləri vardır. Gicitkən qanaxmanı dayandırır, sidikqovucu və ödqovucu təsirə malikdir. O orqanizmdəki iltihab əlamətlərini aradan qaldırır, mədə-bağırsağın selikli qişasını bərpa edir, aybaşı pozğunluqlarını aradan qaldırır. Qərb ölkələrində Gicitkəndən şiş xəstəlikləri zamanı istifadə edilir. O qıcolmaları aradan qaldırır və bəlğəmgətirici təsirə malikdir.
Tərkibində xlorofillər olan Gicitkən qadın cinsi orqanlarının xəstəlikləri zamanı, bağırsaq xəstəliklərində, yaraların regenerasiya olunması məqsədilə də geniş istifdə edilir. Eksperimentlər Gicitkənin qanda hemoqlobinin miqdarını artırdığını və karbohidrat mübadiləsini sürətləndirdiyini sübut etmişdir. Gicitkən toxumları qadınları sonuzluqdan xilas edir, impotensiyanı aradan qaldırır. Bunun üçün onun toxumlarını bananla qarışdırıb, uzun müddət davamlı olaraq yemək lazımdır.
Təzə sıxılmış Gicitkən yarpaqları və toxumlarının şirəsi osteomielitin və həzm sistemi pozğunluqlarının, oynaqlarda olan duzların müalicəsinə yardım edir. Təzə sıxılmış Gicitkən şirəsi ilə yaraları dezifeksiya etdikdə yaralar qısa bir zamanda sağalır və zədələnmiş nahiyə tez bərpa olunur. Sidikqovucu təsirə malik olduğu üçün Gicitkən şirəsindən böyrək daşı xəstəliklərində, astitdə, revmatizmdə istifadə edilir. Artritlərin və osteoxondrozların mülicəsi , bağların gərilməsi zamanı Gicitkən yağının faydası böyükdür. Gicitkən yarpaqlarından çoxlu dərmanlar, vitamin çayları, bağırsaq yumşaldıcı çaylar hazırlanır.

Gicitkən yarpaqlarından dəmlənmiş çaylar orqanzimdə aşağıdakı hallarda effektlidir:
* uşaqlıq, mədə, ağ ciyər, babasil qanaxmaları
* dizenteriya və ishal zamanı
* mədə patologiyaları zamanı
* frunkullarda
* soyuqdəymə zamanı
* saçların tökülməsi zamanı
Gicirtkın kökü öskürmə əleyhinə təsir göstərir. Onun dəmləməsindən dəri xəstəlikəri zamanı kompreslərin qoyulmasında fayda var. Gicitkən dəmləməsi ağız boşluğu xəstəlikləri və angina zamanı da xəstəliyin əlamətlərini azaldır.

Gicitkən çiçəyinin dəmləməsindən aşağıdakı hallarda istifadə edilir:
* soyuqdəymələrdə
* onkoloji xəstəliklər zamanı
* revmztizmdə
* böyrək daşları töküləndə
* dəri xəstəliklərində
* qurd xəstəliklrində

Gicitkən şirəsi maddələr mübadiləsin yaxşılaşdırır, həzmi normallaşdırır, orqanizmdən şlakların xaric olmasını sürətləndirir.
"Prosmaforton" və "Bazoton"preparatları Gicitkənin kökündən hazırlanıb. Gicitkən yarpaqlarıının şirəsinin tərkibi ödqovucu " Allaxol" dərmanının tərkibi ilə eynidir. Yaraların sağalması üçün, şiş xəstəlikləri zaman geniş istifadə edilən " Urtifilin" preparatı da Gicitkən kökündən hazırlanır.
Tibbi praktikada Gicitkənin yarpaqlarından, çiçəklərindən və zoğlarından istifadə edilir. Tibbdə Gicitkən dəmləməsindən avitaminozlar, böyrək xəstəlikləri, mədə xəstəlikləri zamanı istifadə edilir.
Gicitkənin tərkibi xlorofil əmələ gətirmək qabiliyyətinə malikdir. Xlorofilin isə maddələr mübadiləsini sürətləndirdiyi, orqanizmə tonuslandırıcı təris elədiyi, ürək-damar və tənəffüs orqanlarının fəaliyyətini yaxşılaşdırdığı barədə məlumatlar elmə çoxdan məlumdur. Xlorofill hepatit xəstəliyinin müalicəsində rolu olan dərmanlar siyahısındadır.

Xalq təbabətinfdə Gicitkəndən aşağıdakı məqsədlərlə istifadə edilir:
* Qurudularaq, istiot və vazilenlə qarışdırılıb yaraların sağalması məqsədilə istifadə edilir.
* 2 xörək qaşığı yarpağı 1 stəkan suda dəmlənib gündə 3 dəfə, hər dəfə 1 stəkan qanaxmanı saxlamaq məqsədilə içilir
* Burun qanaxmalarında 1 xörək qaşığı 1 stəkan qaynar suda 10 dəqiqə qaynadılıb içilir.
* Revmatizma və podaqra zamanı 1 stəkan dəmləməsi gündə 4 dəfə qəbull edilir.
* Ağrılar zamanı Gicitkən yarpaqlarını və yemişan kökünü eyni miqdarda götürüb qynar su əlavə edərək su hamaminda yarım saat dəmləmək lazımdır. Bu dəmləməni gündə 4 dəfə, hər dəfə 1 stəkan olmaqla qəbul etdikdə bədəndə olan ağrılar azalır.
* Qəbizlik zamanı eyni miqdarda aloe, Gicitkən və yemişan yarpaqlarını dəmləyib içdikdə bağırsaqlar yumşalır.

Gicrtikən kökü
* Öskürmə zamanı kiçik bir hissə kökü az miqdar şəkər tozu ilə qarışdırıb yedikdə sağalma baş verir.
* İshal, mədə-bağırsaq pozğunluqları, aybaşı gecikmələri zamanı Gicitkənin 2 xörək qaşığı kökünü xırdalayıb 0,5 litr araqda 1 həftə saxlamaq lazımdır. Bu qarışımdan gündə 3 dəfə 30 damcı olmaq şərti ilə içmək xəstəliyin əlamətlərini azaldır.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 11 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri