Cinsi zəifliyi aradan qaldıran, bədəni təmizləyib gücləndirən MÖCÜZƏVİ BİTKİ

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 6 682
Səs ver:
(səs: 0)
Xərçəngin qarşısını alır, cinsi problemləri aradan qaldırır, immunitet sistemini gücləndirir...
Qadinla.com keçibuynuzunun çoxsaylı faydalarını sadalayır.

Tərkibi:
Dəmir: 0.35 mq
Maqnezium: 6 mq
Potasium: 99 mq
B 2 vitamini: 0,055 mq
Niasin: 0.228 mq

Vitamin B2: 0.04 mq
Vitamin B3: 0.04 mq
Vitamin B6: 0.05 mq
Vitamin C: 0.00 mq

Qandakı xolesterol səviyyəsini aşağı salır - Keçibuynuzunun tərkibində polifenollar var. Bu da xolesterol səviyyəsinin aşağı düşməsinə kömək edir.

Xərçəngin qarşısını alır - Keçibuynuzunun tərkibində təbii polifenol və antioksidant olduğundan xərçəng önləyici təsiri olduğu düşünülür. Bu maddələr bədənimizdəki sərbəst radikallarla savaşmağa kömək edir.

Osteoporoz və uşaq iflici ilə savaşır - Tərkibindəki yüksək miqdarda fosfor, kalsium və qallik turşusu sayəsində osteoporoz və uşaq iflici ilə mübarizə aparır.

Soyuqdəymə və qripi aradan qaldırır - Keçibuynuzu E vitamini, antioksidantlarla zəngindir. Bu maddələrin hamısı qrip və soyuqdəymə zamanı işə yarayır. Keçibuynuzunun müalicə etdiyi digər xəstəliklər isə anemiya və xroniki öskürəkdir.

Yüksək təzyiqi müalicə edir - Keçibuynuzu kafeinsiz olduğu üçün yüksək təzyiqi aşağı salır.

Niyə keçibuynuzu yeməliyik? - Pəhrizinizə keçibuynuzu əlavə etməyin sağlamlıq baxımından bir çox faydası var.

Aşağı şəkər və yağ tərkibli olduğuna görə arıqlamaq istəyənlər üçün ideal seçimdir. Onda olan yüksək A və B2 kimi vitaminlər də dəri və göz sağlamlığı üçün faydalıdır.

- Ürək xəstəliyi riskini azaldır
- Mədə problemlərini aradan qaldırır
- İshalı müalicə edir
- Həzmlə bağlı problemləri düzəldir
- Bəlğəmi aradan qaldırır. Xüsusilə siqaret çəkənlərə tövsiyə edilir
- Ağciyər və qaraciyərdə toplanan toksinlərin bayıra atılaraq təmizlənməsini təmin edir
- Bədəndə yığılan radiasiyanın xaric olmasına kömək edir
- Südə nəzərən kalsium baxımından 3 qat daha zəngindir
- Qripə qarşı bədən müqavimətini artırır
- İmmunitet sistemini gücləndirir
- Sümük əriməsi müalicəsinə kömək edir
- Qan azlığına qarşı təbii dərmandır
- Uşaqlara fiziki və zehni inkişaf üçün dəstək verir
- Diş və diş əti sağlamlığına dəstək verir
- Astma və bronxit müalicəsində istifadə olunur
- Allergiya müalicəsində təsiri var
- Faydalı bir antioksidantdır
- Cinsi gücü artırmaqla yanaşı sperma sayını da artırır

Mütəxəssislərin fikrincə, keçibuynuzunun ən önəmli faydası cinsi gücü artırmasıdır. Keçibuynuzu qarışımının cinsi zəifliyi olan kişilər tərəfindən istifadəsi məsləhətlidir.

Türkiyəli məşhur professor İbrahim Saraçoğlu keçibuynuzundan necə istifadə olunmasını məsləhət görüb. Həkimin təqdim etdiyi resepti diqqətinizə çatdırırıq.

Yarım litr suyu qaynadın. Əlinizlə kiçik parçalara ayırdığınız keçibuynuzunu qaynamış suyun içinə atın. Ağzı qapalı şəkildə az odda 3-4 dəqiqə qaynadın. Qaynatdıqdan sonra ocaqdan götürərək, 20 dəqiqə saxlayın. Sonra qarışımı süzün. İstifadə etməyə başladığınız ilk bir həftə boyu hər gün için. İlk həftədən sonra 3 ay boyunca yatmadan öncə 1 stəkan için. Daha sonrakı aylarda ehtiyac zamanı bəlli zamanlarda içə bilərsiniz.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 682
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri