Yaşıl alçanın bu faydalarından xəbəriniz var idimi?

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 2 487
Səs ver:
(səs: 0)
Yaşıl alça bizim ən sevimli meyvələrdən biridir. Həmçinin yaşıl alça çox faydalıdır.
Qadınla.Com sizə alçanın bəzi faydalı xüsusiyyətlərini təqdim edir:

1. Yaşıl alça C vitamini ilə çox zəngindir.
C vitamini güclü antioksidantdır, damarları daha möhkəm və elastik edir.
2. Alçanın tərkibində PP (B3) vitamini var.
Bu vitamin orqanizmihüceyrə səviyyəsində müxtəlif mutasiyalardan qoruyur.
3. Alçanın tərkibində çoxlu miqdarda pektin maddəsi var.
Pektin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinləri xaric etməyə kömək edir.
4. Kaliumla zəngin olan alça ürək üçün çox faydalıdır, arterial təzyiqi tənzimləməyə kömək edir.
Lakin alçanı duzla yeyirsinizsə, bu faydalı xüsusiyyəti unudun. Kalium orqanizmdən artıq mayeni çıxardır, duzun tərkibində olan natrium isə əksinə orqanizmdə mayeni saxlayır və bu da təzyiqi qaldırır və ürəyə düşən gərginliyi artırır.
5. Alça xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri