Dəvətikanı yağının faydaları

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 4 514
Səs ver:
(səs: 1)
Dəvətikanı yağı ən müalicəvi yağlardan hesab edilir. Bu yağ dəvətikanı toxumlarının soyuq üsulla sıxılma yolu ilə alınır. Tibbdə bu bitkinin yarpaqları və çiçəklərindən istifadə edilir. Onun toxumlarından əldə edilən yağ isə müalicəvi xüsusiyyətlərinə görə çiçək və yarpaqlarından daha çox faydalıdır. Dəvətikanının faydalı xüsusiyyətləri barədə məlumatlar elmə ilk dəfə 1968-ci ilə Münhen farmoseftləri tərəfindən daxil olub. Həmin vaxtdan indiyə kimi dəvətikanından müxtəlif dərman preparatlarının hazırlanmasında istifadə edilir. Necə seçməli?

Qadınla.com bildirir ki, mütəxəssislər soyuq sıxılma yolu ilə əldə edilən dəvətikanı yağını almağı məsləhət bilıir. Onu şüşə qabda və qapağı örtülü şəkildə saxlamaq lazımdır. Dəvətikanı yağının tərkibinin 62%-ini yarım doymuş Omeqa6 yağı, 21%-ini doymamış Omeqa9 yağı, qalan hissəsini isə stearin, palmit, beqen və araxin yağı tutur.
Tərkibində olan makro və mikro elementlər(kalium, maqnium, marqanes, fosfor, selen, sink, xrom , bor, dəmir, aliminium və s.) onun faydalı yağlardan olduğunun göstəricisidir. Dəvətikanı yağının tərkibində bioloji aktiv maddələr, tiamin, histamin, efir yağları, silimarin, xlorofill, fitosterol, K və E vitaminləri var. Dəvətikanı yağından istifadə etmək orqanizmin müdafiə qüvvələrinin mökəmlənməsinə səbəb olur. Soyuqlama zamanı, əməliyyatdan, şüa terapiyasından və kimya terapiyasından sonra dəvətikanı yağından istifadə etməkdə fayda var. Dəvətikanı yağı qaraciyərə müalicəvi təsir edir, Hepatit, sirroz, qaraciyərin distrofik xəstəlikləri, qara ciyərin zərərli maddələrlə zədələnmələrində dəvətikanı yağından istifadə etməkdə fayda var. Uzun müddət bu yağdan istifadə eləmək qaraciyərin zərərli maddələrdən təmizlənməsinə səbəb olur. Dəvətikanı yağı spirtli içkinin orqanizmə verdiyi zərələrin aradan qalxmasına səbəb olur, hüceyrələrin qocalmasını ləngidir, onkoloji xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Bu yağ ürək fəaliyyətinin yaxşılaşmasına, qanın laxtalanmasının azalmasına, damar divarlarının möhkəmlənməsinə səbəb olur. Dəvətikanı yağının tərkibində olan bioloji aktiv maddələr hipertoniya, işemik xəstəliklərin, varikoz genəlmənin sağalmasını sürətləndirir, qan azlığına qarşı mübarizə aparır. Dəvətikanı yağı əzələlərdə enerji mübadiləsini bərpa edir, kardioskelrozun, ateresklerozun əlamətlərini azaldır. Dəvətikanı yağı mədə-bağırsaq yaralarının sağalmasını sürətləndirir, həzm sistemi orqanlarının iltihabi xəstəliklərinin aradan qalxmasına səbəb olur. Kolitləır, babasil, öd daşı xəstəliyi, xolisitit zamanı dəvətikanı yağından istifadə etməkdə fayda var. Dəvətikanı yağından yaraların və yanıqların sağalması üçün istifadə edilir. O dəri problemlərinin aradan qalxmasına səbəb olur, dəriyə antiallergik təsir göstərir.
Aybaşı öncəsi və klimakteriya dövründə orqanizmdə meydana çıxan diskomfort hissinin aradan qalxması üçün dəvətikanı yağından istifadə etmək məsləhət görülür.
Ağız boşluğunun xəstəlikləri(paradontaz, stomatit, paradontit və s.) zamanı ağız boşluğunu dəvətikanı yağı ilə silməkdə fayda var.
Boğaz ağrıları, tonzillit və faringit zamanı dəvətikanı yağından istifadə etmək xəstəlik əlamətlərinin azalmasına səbəb olur.
Mütəxəssislər qaraciyər, öd kisəsi, mədə-bağırsaq xəstəlikləri zamanı dəvətikanı yağından istifadə etməyi məsləhət bilir.
Dəvətikanı yağından üzün və bədənin cavan qalması məqsədilə istifadə edilir. O dəriyə təmizləyici, regenerasiyaedici, membran hüceyrələri təzələyici təsir göstərir. O dərinin elastikləşməsinə, quruluğun aradan qalxmasına, rənginin yaxşılaşmasına səbəb olur.
Dəvətikanı yağının dəriyə etdiyi təsir badam və zeytun yağının dəriyə göstərdiyi təsirdən daha güclüdür. Onu üz, boyun və dekolte bölgəsinıə sürtmək dərinin gözəlləşməsinə səbəb olur. Dəvətikanı yağı dərini ultrabənövşəyi şüalanmadan qoruyur. Yuyunduqdan sonra dəriyə dəvətikanı yağı sürtmək orqanizmi rahatlaşdırır və dərinin sakitləşməsinə səbəb olur. Sağlam və uzun saçlara sahib olmaq üçün çobanyastığı dəmləməsinə dəvətikanı yağıl əlavə edib saçlara maska qoymaq lazımdır.
Dəvətikanı yağının zərərli xüsusiyyətləri
Kəskin xolisistit və kəslkin öd daşı xəstəliyi zamanı dəvətikanı yağından istifadə etmək məsləhət görülmür. Epilepsiya və depressiyadan əziyyət çəkənlərə də dəvətikanı ysğından istifadə etmək tövsiyə edilmir. Hamilə, uşaqəmizdirən qadınlara və 2 yaşına qədər uşaqlara dəvətikanı yağı vermək istəyərkən həkimlə məsləhətləmək tövsiyə edilir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri