Çay ağacı yağının təəcübləndirəcək faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 162
Səs ver:
(səs: 0)
Qadınla.com sizə çay ağacının bir çox problemlərdə istifadə qaydasını təqdim edir.

Makiyaj təmizləyici
Normal və ya quru dəriyə maliksinizsə, çay ağacı yağı makiyaj təmizləyicisi hazırlaya bilərsiz.

Lazım olanlar:

1/4 fincan kanola yağı
10 damcı çay ağacı yağı
Materialları sterilləşdirilmiş şüşə bir banka içinə qoyun, qapağını örtün və yaxşıca qarışana qədər çalxalayın. Sərin və qaranlıq bir yerdə saxlayın. Qarışığı girdə bir pambığa tökərək makiyajı çıxarmaq üçün üzünüzdə gəzdirin. Son olaraq ilıq suyla üzünüzü yaxşıca yaxalayın.

Sızanaq müalicəsi:

Çay ağacı yağı sızanaq müalicəsində təsirli bir yağdır. Bir neçə damcı çay ağacı 20-40 damcı fındıq yağı ilə qarışdırın və gündə bir-iki dəfə pambıq köməyiylə dərinizə tətbiq edin. İfrata varmamağa diqqət göstərin. Çünki, çay ağacı yağı dərinizi quruda, dərinin öz yağını artıra bilər. Bu da daha çox sızanağa yol aça bilər. Eyni zamanda, çay ağacı yağını üzünüzə tətbiq etdikdə, günəşdən uzaq durmalısınız.

Kütikulları yumşaltma:

Çay ağacı yağının içərisində zəngin əsas yağlar, çatlamış və sərtləşmiş kütikulların yumşalmasına kömək edir. Eyni zamanda bədəndəki göbələklərə qarşı təsirlidir. Hazırlayacağınız təbii qarışıqla lap yumşaq əllərə və baxımlı dırnaqlara sahib ola bilərsiniz.

Lazım olanlar:

1 xörək qaşığı jojoba yağı
1 xörək qaşığı avakado yağı
10 damcı çay ağacı esens yağı
10 damla spirt əsaslı lavanda esens yağı

Bütün materialları, tünd rəngli bir şüşəyə qoyun. Qapağını yaxşıca bağlayın və qarışması üçün çalxalayın. Kütikül yağını istifadə etmədən əvvəl hər dəfə şüşəni çalxalamağı unutmayın. Sonra dırnaqlarınıza və kütikulların üzərinə bir neçə damcı damladın və masaj edin.

Yaraları sağaltma

Çay ağacı yağı, antiseptik xüsusiyyəti sayəsində yaraları sağaldır. Yağı birbaşa pambığa tökərək yaraların üzərinə tətbiq edə bilərsiz. Göz və ağız ətrafına salmamağa diqqət edin.

Dırnaq göbələyi

Çay ağacı yağı, antifungal xüsusiyyətə malikdir. Bu xüsusiyyəti sayəsində, dırnaq göbələk müalicə edir. Gündə bir və ya iki dəfə rəngi pozulan dırnağa saf çay ağacı yağı sürtün. Birbaşa olaraq dərinizə təmas etdirməməyə diqqət göstərin. Çünki, çay ağacı yağı bəzi cildlərdə qıcıqlanmaya yol aça bilər.

Ayaqları sakitləşdirmə

Aparılan tədqiqatlar çay ağacı yağının, ayaqlardakı yanma, qaşınma, iltihablanma və bərkləşməni yüngülləşdirməyini ortaya qoymuşdur. 1 xörək qaşığı findiq yağına bir neçə damcı çay ağacı yağı əlavə edin. Gündə üç dəfə pambıqla problemli bölgəyə tətbiq edin. Allergik hallara qarşı, ilk dəfə az miqdarda istifadə edin və bir problemlə qarşılaşsanız daha çox istifadə etməyin.

Su çiçəyi müalicəsi

Bir neçə damcı çay ağacı yağı ilə 1 xörək qaşığı zeytun yağını qarışdırın. Gündə iki, ya da üç dəfə su çiçəyi yaralarına pambıq köməyi ilə tətbiq edin.

Göbələk müalicəsi

Arastırmalara görə, çay agacı qala göbələk hüceyrələrinin pərdələrini pozur və göbələk infeksiyanı aradan qaldırır. Çay agacı yandırır, udulduğunda zəhərdir, bu səbəblə agız infeksiya müalicə etmək üçün heç vaxt istifadə etməyin.

Lazım olanlar:

5 damcı çay agacı yağı
5 damla spirtli qarışıq
Arıtılmıs su

Çay agacı və spirtli qarışıq yaglarını bir neçə damcı su ilə karıstırın. Pambıqlı bir bez istifadə edərək orqanizmin təsirlənən qisimlərinə tətbiq edin.

Sədəf müalicəsi

Gündə bir neçə dəfə sədəflərə bir az zeytun yağı ilə qarışdırılmış bir neçə çay ağacı yağı tətbiq edin. Bu qarışıq, xüsusilə yüngül sədəf xəstəliyi olanlar qaşınmanın azalması və sədəflərin yumşaldılmasına kömək edir.

Ayaq qoxusu aradan qaldır

Ayaqlarda tərləmə və ayaq qoxusunu aradan qaldırmaq üçün təbii yağlardan istifadə edin. Sizlərə təqdim etdiyimiz tarif sayəsində, ayaqların yenilənəcək və rahatlayacaq.

Lazım olanlar:

1 xörək qasığı quru biberiye
1 xörək qasığı qurudulmuş adaçayı
1 xörək qasığı təzə zəncəfil kökü, incə rəndələnmiş və ya 1 çay qasığı qurutulmuş toz zəncəfil
4 stəkan su (lazım gələrsə miqdarı artıra bilərsiz)
1 xörək qasığı qabartma tozu
10 damcı çay agacı
Kiçik buz kubikləri və ya ezilmis buz

Biberiye, adaçayı və zəncəfili su ilə birlikdə böyük bir qazana qoyun və qaynadın. Sonra ocaqdan götürüb və 10 dəqiqə qədər gözlədin. Qabartma tozu və çay agacı yağını əlavə edin. Yaxçıca qarıştırın. Hər iki ayaq üçün, böyük bir qaba tökün. Artıq su və buz əlavə edin. Ayaqlarınızı təxminən 15 dəqiqə bu suda saxlayın. Son olaraq, ayaqlarınızı yaxşıca qurudun.

Çay ağacı yağının faydalarını öyrəndiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 162
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri