Hansı daha faydalıdır - albalı yoxsa gilas?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 080
Səs ver:
(səs: 0)
Gilas albalının bir növüdür və bu səbəbdən onların bir çox oxşar xüsusiyyətləri var.

Lakin albalının kimyəvi tərkibi gilasın tərkibi ilə müqayisədə bir qədər zəngindir.

Həm gilas, həm də albalı C vitamini ilə zəngindir ki, bu onları damarların sağlamlığı üçün çox faydalı edir. C vitamini damarların möhkəmliyini və elastikliyini qoruyur.

Qadinla.com xəbər verir ki, gilas və albalı sinir sistemi üçün də çox faydalıdır - stressi azaldır, əhvalı yaxşılaşdırır.

Albalı və gilasın qırmızı növləri antosian maddələri ilə zəngindir. Bu maddələr güclü antioksidantlardır, orqanizmdə iltihabları azaldır, damarları möhkəmləndirir, görməni qoruyur, xroniki xəstəliklərin inkişafının qarşısını alır. Antosianların digər danılmaz üstün xüsusiyyəti ondan ibarətdir ki, bu maddələrin orqanizmə xərçəng əleyhinə təsir edir. Albalının tərkibində antosianlar daha çoxdur.


Albalı və gilasın qırmızı növləri həmçinin karotinlərlə zəngindir. Bu maddələr orqanizmdə ən vacib olan vitaminlədən birinə A vitamininə çevrilir.

Qidalı liflər və pektinlə zəngin olduğundan gilas və albalı bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır. Bu xüsusiyyət gilasda daha güclüdür.

Həm albalı, həm də gilas qanın tərkibini yaxşılaşdırır, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır, xolesterinin səviyyəsini aşağı salır.

Bu iki giləmeyvə orqanizmin tonusunu qaldırı və bu səbəbdən zəifləmiş insanlar üçün faydalıdır.

Həm albalı, həm də gilasın yüngül sidikqovucu xüsusiyyəti var ki, bu da onları sidik kisəsi və böyrəklər üçün faydalı edir.

Mədə-bağırsaq sistemi xroniki xəstəlikləri zamanı (qastrit, xora və s.) albalının istehlakı insana ziyan vura bilər. Gilasın belə əks-göstərişləri yoxdur. Lakin gilasın çoxlu miqdarda istehlakı köpə və meteorizmə səbəb ola bilər. İshala meylli olan insanlara gilasın istehlakını minimuma azaltmaq lazımdır.

Albalı ilə müqayisədə gilas bir qədər çətin həzm olunur.

Beləliklə, həm gilas, həm də albalının çox faydalı və müalicəvi xüsusiyyətləri və bəzi əks-göstərişləri var. Bunları nəzərə alaraq insan öz sağlamlığına daha uyğun olan giləmeyvəni seçə bilər.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri