Qarpızın faydaları

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 778
Səs ver:
(səs: 0)
Qarpız birillik tərəvəz bitkisi olub balqabaqkimilər fəsiləsinə aiddir. Qarız istisevər bitki olduğuna görə yay aylarının axırında yetişir. Onun iri sarı rəngli çiçəkləri və yaşıl rəngli qabığa malik meyvəsi olur. Qarpızın yetişmə vaxtı və forması onun növlərinə uyğun olaraq dəyişir. Onun vətəni Cənubi Afrika, Braziliya, Paraqvay hesab edilir. Azərbaycanda qarpız əsasən Sabirabadda, Saatlıda və digər isti bölgələrdə bitir. Müasir günümüzdə dünyanın 96 -dan çox ölkəsində qarpız əkilir. O yabanı halda da bitən giləmeyvələrdəndir. Çində, Özbəkistanda, Amerikada, Macarıstanda, Bolqarıstanda, Sloveniyada, Ukraynada və Rusiyada onun yetişdirilməsi ilə xüsusi olaraq məşğul olurlar. Bizim ölkəmizdə yetişdirilən ən yaxşı qarpız növlərindən Həştərxan və Monastr daha çox dadına görə fərlənir.
100 qram qarpızın tərkibində olanlar:
- Zülallar - 0,6 qr
- Yağlar - 0,1 qr
- Karbohidratlar - 5,8 qr
- Su - 92,6 qr
- Kalori - 25 kKal.

Qadınla.com bildirir ki, qarpızın əsas hissəsi sudan və kalorili maddələrdən ibarətdir. Onun tərkibində az miqdarda zülal var, yağlar isə demək olar ki, yox dərəcəsindədir. Qarpızın lətli hissəsi liflər, pektin maddəsi, hemisellüoza, A, B1, B2, PP, C vitaminləri, fol turşusu, karotin, marqanes, nikel, dəmir, maqnium, kaliumla zəngindir. Qarpızın lətli hissəsinsə olan şəkər orqanizm tərəfindən asan sorula bilir. Tərkibində olan nikotin turşusu, tiamin, askorbin turşusu, riboflovin onun orqanizm üçün nə qədər faydalı olduğunun göstəricisidir.
Qarpızın ləti təbii turşularla zəngindir. Bu turşular həzm sistemini və maddələr mübadiləsini yaxşılaşdırır. Qarpız tumlarının tərkibində karotinoidlər, tokoferol, B qrup vitasminlər, fol turşusu, nikotin turşusu, askorbin var. Qarpiz tumu makro və mikro elementləırlə (sink, selen və s.), doymamış yağ turşuları ilə zəngindir. Onun tumlarından alınan yağın tərkibində çoxlu miqdarda D vitamini olur.
Qarpızın suyu orqanizmə sidikqovucu təsir edir. Ona görə də onu böyrək daşı xəstəliyi və şişkinliklər zamanı yemək çox faydalıdır. Qarpız ürək-damar xəstəlikləri səbəbindən orqanizmdə yığılıb qalmış suyun xaric olunmasını sürətləndirir. Dietoloqlar gün ərzində 2-3 kq qarpız yemıyin orqanizm üçün faydalı olduğunu söyləyirlər.
Böyrək daşı xəstəliyi zamanı xəstələrə çoxlu qarpız yemək məsləhət görülür. Qarpız şirəsi böyrəklərdən, sidik kisəsindən urat və kalsinatların tökülməsinə səbəb olur. Qarpız şirəsi sidiyin turşuluuna təsir edərək daş və duzların xırdalanaraq tökülməsini sürərləndirir. Dietoloqlar bu zaman sutka ərzində müəyyən fasilələrlə qarpız yeməyi məsləhət bilir. Sklerozdan, podaqradan, təzyiqdən, artritdən, diabetdən əziyyət çəkənlər üçün qarpız ən yaxşı müalicəvi meyvələrdən biri sayılır. Qarpız susuzluğu asanlıqla aradan qaldırır və orqanizmdən zəhərli maddələri xaric edir. Böyrəkləri və orqanizmin təmizlənməsi üçün xüsusi qarpız dietaları var.
Qarpızın zərərli xüsusiyyətləri
Həddindən çox qarpız yemək şəkərli diabeti olan xəstələrdə narahatçılığa səbəb olur. Qarpızla eyni vaxtda duzlu qida qəbul eləmək olmaz. Bu duzların qarpızın tərkibində olan suyu özünə çəkməsinə və orqanizmdə şişkinliyin əmələ gəlməsinı səbəb olur.
Yetişdirilməsi zamanı nitrat tərkibli gübrələrdən istifadə edilən qarpızları yeməkdən çəkinin. Bu zəhərlənmələrə səbəb olur.
Müxtəlif gübrələr səbəbindən zəhərli hesab edilən qarpızın ən təhlükəli hissəsi qabığına yaxın olan hissələrdir. Çünki qarpızda ən faydalı olan maddələr onun mərkəz hissəsinə, ən zərərli maddələr isə qabıq hissəyə yaxın yerlərə toplanır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri