Qara quşüzümünün faydaları

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 3 429
Səs ver:
(səs: 0)
Qara quşüzümü çoxillik kol bitkisinin meyvəsidir. Quşüzümü kolunun hündürlüyü 3-10 metrə qədər qalxa bilir. Onun gövdəsi boz, yarpaqları tünd yaşıl, meyvələrinin rəngi isə qara və ya tünd-bənövşəyi rəngdə olur.

Qadınla.com bildirir ki, qara quşüzümünün çiçəkləri xırda, yumşaq, ağ və ya ağın sarı çaları rəngində olur. Qara quşüzümü yabanı halda yetişir və heç bir qulluq tələb eləmədən böyüyə bilir. Ona adətən yol kənarlarında, meşəliklərdə rast gəlinir. Qara quşüzümünün orqanizm üçün faydaları qırmızı quşüzümdən daha çoxdur. Müalicə məqsədilə xüsusi olaraq qurudulmuş quşüzümü çiçəklərindən və meyvələrindən istifadə edilir. Nadir hallarda isə onun kökünü də müalicə məqsədilə istifadə edirlər.
Quşüzümü meyvələrini və çiçəklərini toplayarkən onların tamlığının pozulmamasına diqqət yertirmək lazımdır. Adətən onun çiçəkləri may-iyun aylarında günorta vaxtı toplanır. Müalicə məqsədilə toplanacaq çiçəkləri saat 2-4 arası toplamaq daha məqsədəuyğun sayılır. Yağışdan sonra toplanan çiçəklər müalicə üçün effektli sayılmadığına görə çiçək toplayarkən havaya da diqqət yetirmək lazımdır. Qurumuş quşüzümü çiçəklərini və meyvəsini 2-3 il müddətinə saxladıqda onlar öz keyfiyyətini itirmir.
100 qram qara quşüzümünün tərkibində olanlar:
- Zülallar - 0,65 qr
- Yağlar - 0,5 qr
- Karbohidratlar - 11,5 qr
- Su - 79,8 qr
- Kalori - 73 kKal.
Qara quşüzümü çiçəyi mürəkkkəb kimyəvi təsirə malikdir. Onun tərkibində sambuniqrin qlikozidi, rutin qlikozidləri, orqanik turşular, valerian, kofein, alma sirkəsi, etilizobutin, izomilamin, karotin, qətran, selik maddə, parafin və şəkər var. Qara quşüzümü meyvəsinin tərkibi isə askorbin turşusu, karotin, A vitamini, efir yağları, qeksen və qlikolin aldehidləri, tanin, qətran və s. ilə zəngindir. Onun kökündə efir yağları, xolin və fitosterin var.
Əvvəllər bəzi bölgələrdə yaşayan insanlar yaz aylarında qara quşüzümünün cavan zoğlarını müxtəlif salatlara əlavə edirdilər. Onun cavan zoğları və körpə yarpaqları sidikqovucu təsirə malikdir.
Qara quşüzümü şirəsini ağ şəraba qatdıqda şərab xüsusi dada malik olur. Onun meyvələrini içkilərin dadlandırılması zamanı istifadə edirlər. Qara quşüzümü şirəsindən parçaların rənglənməsi üçün geniş istifadə edilir. Bəzi yerlərdə qışa saxlanılan almaları quşüzümü yarpaqları və çiçəklərinin arasında saxlayırlar. Bu almalara xüsusi qoxu bəxş edir. Xalq təbabətində qara quşüzümünün çiçəklərindən, yarpaqlarından və kökündən istifadə edilir. Bu bitki həm təzə, həm də quru halda olduqda orqanizmə eyni təsiri bağışlayır. Onun təzə meyvələrindən hepatitlərin və mədə xəstəliklərinin müalicə-profilaktikasında geniş istifadə edilir. Qurumuş meyvələri isə malyariya xəstəliyi zamanı çox faydalıdır.
Mədə və dəri xərçəngi xəstəliyinin müalicəsində qara quşüzümünün çox faydalı olduğu söylənilir. Nevralgiya zamanı qara quşüzümü yemək xəstəliyin əlamətərini azaldır. Tərkibində olanlar orqanizmə antibakterial, tərləmə əleyhinə təsir göstərir və soyuqdəymə əlamətlərini aradan qaldırır. Xalq təbabətində yarpaqlarından dəri və böyrək xəstəlikləri zamanı istifadə edilir. Qara quşüzümü giləmeyvəsinin dəmləməsi(1:10 nisbətində) orqanizmə ödqovucu, sidikqovucu təsir göstərir, bağırsaqların işini sürətləndirir. Podaqra və revmatizm xəstəlikləri zamanı onun yarpaqlarından dəmlənmiş çayı içmək xəstəliklərin əlamətinin azalmasına səbəb olur.
Qara quşüzümünün zərərli xüsusiyyətləri
Qara quşüzümü bəzən orqanizm üçün zərərli ola bilir. Bu ən çox özünü şəkərli diabetdən əziyyət çəkən adamlarda, hamilə qadınlarda və kolit xəstələrində daha çox göstərir. Kron xəstəliyindən əziyyət çəkənlərə qara quşüzümündən istifadə eləmək məsləhət deyil. Quşüzümü toplayarkən onun qara və ya qırmızı olmasına dsiqqətlə nəzarət eləmək lazımdır. Belə ki, qara quşüzümündən fərqli olaraq qırmızı quşüzümü orqanizm üçün çox təhlükəli hesab edilir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 429
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri