Meyvə yeyək! Hansı meyvənin nə xeyri var?

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 3 803
Səs ver:
(səs: 0)
İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur!

* Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yeyərsək beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər, və yaddaşımızı gücləndirir!

* Meyvələr mükəmməl lif qaynağıdır!

* Meyvələr vitamin və mineral baxımından çox zəngindir!

* Az kalorilidirlər və kökəltmir! (Ancaq dieta vaxtnda kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən uzaq olun)

* Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır!

Gilas

* Güclü bir ağrı kəsicidir,

* Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyər

* Qəbzliyi aradan qaldırır,

* Nikotinin vücuddan atılmasına kömək edir,

* Böyrəkləri daş və qum yığılmasından qoruyur, varsa zamanla tökər,

* Öd kisəsi daşının tökülməsinəkömək edir,

* Üzdə olan sızanaqların təmizləməsinə kömək edir;(100 gr. gilas=70 kalori)

Üzüm

* Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimlər,* Qaraciyəri təmizləyər,

* Qara üzüm, qabığı və tumlarıilə yeyilərsə hüceyrə yeniləyicidir

* Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimlər,

* Uşaqların inkişafı üçün çox faydalıdır.

* Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi lazımolduğunu unutmayın;
(100 gr. üzüm=65 kalori)

Şaftalı

* Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur,

* Həzm sistemini düzgün işləməyinə kömək edər, həzmi asanlaşdırır,

* Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir,

* Böyrək daşı sökücüdür;(1 ədəd orta şaftalı=42 kalori)

Ərik

* Qan bərpaedicidir, qan azlığına xeyirlidir,

* Gözəl bir cild və saç üçün yaxşı təsiri vardır,

* Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edər,

* Ürək xəstəliklərinə xeyirlidir,

* Sümük əyilməsinin qarşısını alır,

* Əsəbləri sakitləşdirib, yuxu gətiricidir,

* Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar üçün faydalıdır,

* Səhərlər ac qarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı cildə də canlı rəng verər;(1 ədəd ərik=15 kalori)

Əncir

* Bağırsaqları çalıştırır,

* Enerji verir,

* Cinsəl gücə yardım edir,

* Yüksək qan təzyiqini azaldır,

* Sümük möhkəmliyini artırır;
(1 ədəd orta əncir=37 kalori)

Ananas

* Bakteriya və parazitlərlə mübarizədə faydalıdır,

* Həzmi asanlaşdırır ,

* İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir;
(1 qalın dilim ananas=43 kalori)

Alma

* Qanı və böyrəkləri təmizləyir,

* Cildə parlaqlıq və gözəllik verir,

* Soyuqdəyməyə və öskürəyə xeyirlidir,

* Xolsetrolu azaldır,

* Həzm sistemindəki narahatlığa kömək edir,

* Baş ağrısına xeyirlidir,

* Yüksək təzyiqi salır,

* Qandakı şəkəri nəzarətdə saxlayar,

* Revmatizmaya kömək edir,

* Yuxusuzluğa yaxşıdır,

* Bağırsaqlardakı qurdların tökülməsinə kömək edir;
(1 ədəd balaca alma=63 kalori)

Kivi*

Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacindan daha çoxu var,

* Kivinin bitki mənşəli qidanları DNT`ni qoruyar,

* Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır,

* Xərçəngin yaranmasına mane olur.

* Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır;
(1 ədəd kivi=46 kalori)

Banan

* Ürəyə və əzələ sisteminə yararlıdır,

* Yorgunluğa xeyr edir,

* Yüksək təzyiqin qarşısını alır,

* Yuxuyu rejimə salır,

* Mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir,

* Xolestrolu azaldır və mədə ağrısına faydalıdır

* Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir;
(1 ədəd banan=105 kalori)

Albalı

* Şəkər nisbəti gilasınkından aşağı olduğu üçün daha az kaloridir

* Qızdırmanı salır, susuzluğu keçirir.

* Tündə rəngli albalı açık rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir;
(100 gr. albalı=50 kalori)

Greyfurt

* Soyuqdəyməyə yaxşıdır,

* Həzmi asanlaşdırır,

* Diş əti qanamasını azaldır,

* Xırda damarlardakı qan dövranını sürətləndirir ,

* Mədə xərçənginə tutlmaq riskini azaldır,

* Təzyiqi normallaşdırır,

* Böyrəkdaşı sökücü özəlliyi vardır

* Yağlı yeməklərin ardından içilən greyfurt suyu yediklərinizin ağırlığını aradan qaldırır;

Portağal

* Soyuq dəyməyə və qripə yardım edir,

* Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi azaldır,

* Ürək xəstəliklərinə və iflicdən qoruyur,

* Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir,

* Mədə xərçənginin qarşısını alma təsiri var,

* Təzyiqi normallaşdırır.

* İçindəki minerallar cildin quruyub, qırışlanmasının qarşısını alır,

* Bağırsaq qazını təmizlər, bağırsaq qurdunun tökülməsinə xeyirlidir,

* Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir,

* Öd sekresiyasını artırar;
(1 ədəd portağal=60 kalori)

Çiyələk

* Strese xeyr edir, sakitləşdirici təsiri vardır,

* Siqaret tüstüsün təsirini azaldır.Siqaret çəkilən bir otağdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir.

* Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsiri vardır,

* Xərçəngə tutulmaq riskini azaldır,

* Mədə və bağırsaq zəifliklərini aradan qaldırır,

* Öd kisəsi xəstəliklərinə xeyirlidir,

* Yüksək qızdırmanı salır,

* Dişlərə və diş ətinə yaxşıdır, dişin karieslərini yaranmasının qarşısını alır,

* Cildə canlılıq verir;
(100 gr. Çiyələk=30 kalori)

Armud

* Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayar,

* Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır

,* Qansızlıya və qəbizliyə yaxşı gəlir;(1 ədəd kiçik armud=82 kalori)Yemiş

* Qanı təmizlələr,

* Zərərli maddələrdən qoruma xüsusiyyəti vardır,

* Narahatlıq və yuxusuzluğa xeyirlidir,

* Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng xəstəliyi Birliyi tərəfindən tövsiyə edilmişdir;
(100 gr. yemiş=26 kalori)
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 803
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri