Saqqızın əvəzinə mixək çeynəyin! 10 faydası

Şərhlər: 8
Baxılıb: 2 288
Səs ver:
(səs: 0)
Mixək ən faydalı və müalicəvi ədviyyatlardan biri sayılır.

Bir çox Şərq ölkələrində mixək çeynəmək adəti var. Həqiqətən bu çox yaxşı adətdir. Yeməkdən sonra saqqız deyil mixək çeynəyin. Bu dişlərinizin sağlamlığını qoruyacaq və nəfəsinizi təravətləndirəcək.

Mixək çeynəməyin bir çox digər faydaları da mövcuddur:

- Ağız boşluğunda ziyanlı mikrobları (o cümlədən stafilokokku) öldürür, iltihabları müalicə edir.

- Mixək tanınmış təbii qurd qovucu vasitədir.

- Damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır, damaqların iltihabını müalicə edir, diş ağrısını azaldır.

- Boğaz ağrısı zamanı kömək edir.  

- Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır - köp, meteorizm, qarında ağırlıq zamanı  yardım edir.

- Xərçəngin riskini azaldır. Mixəyin tərkibində olan "evgenol" adlı maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

- Baş ağrısı zamanı kömək edir.

- Aşağı təzyiqi tənzimləyir. Hipotoniyadan əziyyət çəkənlər bunu bilməlidir. Əksinə isə hipertoniyadan əziyyət çəkənlər mixəkdən tez-tez istifadə etməməlidir ki, bu təzyiqin yüksəlməsinə səbəb ola bilər.

- İnsanı gümrah edir, əhvalı yaxşılaşdırır, stressi azaldır.

- Beyinin fəaliyyətini stimullaşdırır.  
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri