Gavalı bir çox vitaminlər (A,B qrupu,P), minerallar (Kalium,Kalsium,Ftor,maqnezium,sink,yod,mis), qidalı liflər, orqanik turşularla zəngindir. Gavalı insan sağlamlığına çox müsbət təsir edir. Meyvənin faydaları arasında: - "kumarin" maddələrlə zəngin olan gavalı damarları genişləndirir,damarlarda trombların əmələ gəlməsinin qarşısını alır - Gavalı həmçinin P vitamini ilə zəngindir.
Bu vitamin damarların sağlamlığı və elastikliyi üçün çox vacibdir. Gavalı damarları möhkəmləndirir,qan təzyiqinin tənzimlənməsinə kömək edir. - Qəbizlik zamanı müalicəvi təsir göstərir-bağırsaqların fəaliyyətini yaxşılaşdırır,bağırsaqları təmizləyir.
Qəbizlik zamanı qara gavalı və qara gavalı qurusu müalicəvi məhsul kimi çox geniş istifadə olunur. - Gavalı orqanizmi ziyanlı maddələrdən təmizləyir,qanda xolesterinin səviyyəsini aşağı salır,aterosklerozun profilaktikasında istifadə olunur. - Sidikqovucu təsirə malik olan gavalı böyrəklər üçün çox faydalıdır. - Gavalı kaliumla olduqca zəngindir.Bu mineral ürək əzələsinin normal fəaliyyəti üçün çox vacibdir.Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər tez-tez gavalı və ya gavalı qurusu yeməlidirlər. - Gavalı maddələr mübadiləsi proseslərinə müsbət təsir edir. - Gavalı ödqovucu təsirə malikdir,öd kisəsində durğunluq proseslərini azaldır. - Gavalı podaqra və revmatizmdən əziyyət çəkənlər üçün faydalıdır. - "antosian"maddələrlə zəngin olan gavalı xərçəngəleyhinə təsirə malikdir. - İmmuniteti möhkəmləndirir - Sinir sistemi üçün faydalıdır - Qanın tərkibini yaxşılaşdırır.