Yaşıl qəhvənin sağlamlığa təsiri

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 1020
Səs ver:
(səs: 0)
Son illər istehlakı artan yaşıl qəhvənin sağlamlığa çox faydası var.
Normal qəhvə kimi qovrulmaq əməliyyatından keçmədiyi üçün faydalı təsirlərini itirməyən yaşıl qəhvə içindəki kafein və klorojenik turşuları sayəsində yağların əriməsini sürətləndirir, arıqlamağa da yardım edir.
Yaşıl qəhvənin sağlamlığa təsiri
Yaşıl qəhvə tərkibində olduqca çox antioksidan olması ilə bədəni sərbəst radikalların zərərli təsirlərindən qoruyur. Ürək və damar sağlamlığına müsbət təsir etdiyi üçün insanı gümrah saxlayır.
Mütəxəssislər bildirir ki, yaşıl qəhvə doğru istifadə edildiyi zaman şəkər xəstəliyi riskini də azaltdır.
Amma yaşıl qəhvə də digər qəhvə növləri kimi həddindən artıq qəbul edilərsə, yuxusuzluq, mədə bulanması, baş ağrısı və ürək ritminin artmasına səbəb ola bilir. Ona görə mütəxəssislər məsləhət görür ki, qəhvə gün boyu 2 fincandan artıq içilməsin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1020
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri