Göbələklər xərçəngdən necə qoruyur?

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 1 237
Səs ver:
(səs: 0)
Qərb alimlərinin qeyd etdiyi kimi, qida rasionunda mütəmadi olaraq göbələyin olması, xərçəng xəstəliyinə tutulma riskinin təqribən 45% azaldır. Bu, ehtimal edildiyi kimi, göbələkdə hüceyrələri oksidləşdirici stressdən qoruya bilən və bədxassəli şişlərin yaranma riskini azaldan antioksidant olan erqotioninin olmasıdır.

Mütəxəssislər qoruyucu təsirin altında hansı mexanizmlərin olduğunu və hansı xərçəng növlərinin göbələklər tərəfindən daha yaxşı qorunduğunu öyrənməyi qarşılarına məqsəd qoyub. Pensilvaniya Universitetinin tədqiqatçıları, göbələklərin daha sıx istehlak edilməsinin, xərçəngin inkişaf riskinin daha aşağı olması ilə əlaqəli olduğunu bildirib. Tədqiqat müəllifləri onkoloji xəstəliklərə həsr olunmuş, 1966-2020-ci illərdə nəşr olunan 17 elmi işi təhlil edib. Tədqiqatda ümumilikdə müxtəlif xərçəng növləri olan 20 min xəstə iştirak edib. Gündə ən az 18 qram göbələk yeyənlərin xərçəng riskinin 45% azaldığı məlum olub. "Göbələklər qidada erqotioninin əsas mənbəyidir. Onlar hüceyrələri qoruyan bənzərsiz və güclü antioksidantdır. Bədəndə antioksidantların olması oksidləşdirici stressdən qoruya bilər və xərçəng riskini azalda bilər", - deyə tədqiqatın müəlliflərindən biri epidemioloq Cibril Ba bildirib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri