Məlum bitkilərin naməlum xassələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 330
Səs ver:
(səs: 0)
Yemişan
Çox qədim zamanlardan xalq təbabətində bir sıra xəstəliklərdə yemişandan istifadə olunub. Onun qurudulmuş çiçəklərindən və meyvələrindən dəmlənmə şəklində (20qr-200qr) xroniki ürək ağrısı  və hipertoniya xəstəlikləri zamanı istifadə olunur.
Bundan əlavə, bu bitkinin təzə dərilmiş meyvələri ana südünü və onun keyfiyətini təzələmək məqsədi ilə işlədilir.


Ərik (qaysı)
Əriyin tərkibində çoxlu kalium vardır. Ürək-damar xəstəliklərində, hipertoniyada (qan təzyiqi yüksəldikdə) çox xeyirlidir. İnfakt keçirmiş adamlara quru qaysı yemək məsləhət görülür. Lakin gündə 150 qramdan artıq yemək olmaz.


Üzüm
Üzümün tərkibində çoxlu miqdarda qulikoza, fruktoza, mineral maddələr, üzvü turşular, P vitamini vardır. Üzüm qurusunun tərkibində çoxlu miqdarda kalium vardır ki, bu da orqanizimdən sidik turşusunu xaric edərək daşların əmələ gəlməsinin qarşısını alır. Üzüm və üzüm qurusu ürək-damar sistemini, ağciyər və qaraciyər, böyrək xəstəliklərində çox   xeyirlidir. Üzümü uzun müddət yedikdə qan təzyiqini aşağı salır.  Lakin üzümü digər meyvələrlə birlikdə yemək olmaz və yaxud üzüm yiyərkən süd, kvas, mineral sular içmək olmaz! Belə ki, onların birgə qəbulu qıcqırma prosesini artırır və qarın köpür.


Meşə çiyələyi
Meşə çiyələyindən ürək-damar sisteminin xəstəliklərində, hipertoniyda, aterosklerozda, podaqrada və duz mübadiləsinin digər pozğunluqlarında istifadə olunur. Meşə çiyələyi bağırsaqların fəaliyyətini nizamlayır.



Əncir
Əncir ürək-damar sisteminin xəstəliklərində çox xeyirlidir. Süddə bişirilmiş ənciri yuxarı tənəffüs yollarının xəstəliklərində bəlğəm gətirici vasitə  kimi qəbul edirlər. Ənciri şəkər xəstələri yeyə bilməzlər.



Alma
Tərkibində çoxlu miqdarda üzvu  turşular, pektin, fitonsidlər,mineral maddələr vardır. Şəkər xəstəliklərində, kökəlməyə meyil olduqda turş alma, ürək- damar xəstəklərində, daş əmələ gəlməyə meyil olduqda şirin alma məsləhət görülür. Almadan bişirilən kompotda C vitamini olur.

(səs: 0)
Şərhlər: 8
Baxılıb: 8 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri