Sinirləri sakitləşdirən, yorğunluğu aradan qaldıran ədviyyat

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 11 517
Səs ver:
(səs: 0)
Mixək – həmişəyaşıl ağacın qurudulmuş çiçək tumurcuğudur. Ağacının hündürlüyü bəzən  10,  bəzən  də 15  metrə  çatır.  Yarpaqları  tünd  yaşıl,  meyvələri tünd  qırmızıdır.  Mixək  bir  çox  tropik  ölkələrdə də becərilir. XVII və  XVIII əsrlərdə  İngiltərədə  qiyməti  çox  yüksək  olduğu  üçün  mixəyi, hətta qızılla ölçürdülər.

Mixək tək gözəl qoxusu olan ədviyyat deyil. Mixək tibbdə müxtəlif xəstəliklərin müalicəsi və profilaktikası zamanı çox geniş istifadə olunur. Mixək çox zəngin kimyəvi tərkibinə malikdir. Onun tərkibində B qrupu vitaminləri (В1, В2, В3, РР, В4, В6, В9), A, C, E, K vitaminləri, qiymətli efir yağları var. Bu zəngin tərkibinə görə mixək bütün insan orqanizminə çox müsbət təsir edir. Mixək antiseptik və bakteriyalar əleyhinə, ağrıkəsici, yara sağaldan təsirinə malikdir.

Mixək qadınların cinsiyyət sisteminə çox müsbət təsir edir, menstrual funksiyasını tənzimləyir.

Mixək bütün mədə-bağırsaq sisteminə də çox yaxşı təsir edir. Belə ki, mixək həzm şirələrinin ifrazını artırır, iştahanı artırır, həzm prosesləri tənzimləyir. Bu ədviyyat kolit, bağırsaq köpü, ishalın müalicəsi zamanı geniş istifadə olunur. Lakin mədə və 12 barmaq bağırsağın xora xəstəlikləri, hipertoniya zamanı bu ədviyyatdan tez-tez istifadə etmək tövsiyə edilmir.

Mixək ağızdan gələn pis qoxunu aradan qaldırır, diş ağrısını azaldır (bir dənə mixək dişləyin və ağrıyan dişin üzərinə qoyun), damaqların vəziyyətini yaxşılaşdırır. Mixək həm də diş  və  diş əti  xəstəliklərinin  müalicəsinə də kömək  edir.

Mixək B qrupu vitaminlərlə olduqca zəngindir və bu səbəbdən ədviyyat sinir sistemi üçün çox xeyirlidir. Mixək sinirləri sakitləşdirir, psixi gərginliyi aradan qaldırır, ovsunlayıcı qoxusu sayəsində stressdən xilas edir, beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Baş ağrılarını aradan qaldırmaq üçün də ideal vasitədir. Mixəyin faydaları bununla bitmir. Belə ki, mixək yorğunluğu  və yuxusuzluq problemini də  aradan  qaldırır.

Bu ədviyyat şəkərli diabet, insult və infarkt kimi ağır xəstəliklərin profilaktikası zamanı istifadə olunur. Mixək dərinin vəziyyətini və görməni yaxşılaşdırır, immun və ürək-damar sistemini möhkəmləndirir.

Mixək yağı soyuqdəymə, öskürək, zökəm zamanı xəstəyə kömək edir. Öskürəyi kəsir. Temperaturu aşağı salır.

Bir çox qadınları gözlərin altında əmələ gələn ödəm narahat edir. Ödəmlə mübarizə aparmaq üçün bir neçə dənə mixəyi qaynar suda dəmləyin, soyudun və gözün altına kompres edin.

Mixək qida və şirniyyatların bişirilməsi zamanı istifadə olunur, çaya əlavə oluna bilər. Ədviyyat çaya qeyri-adi dad və ətir verir.

Mixək yağı da tibbdə və kosmetologiyada geniş istifadə olunur. Dəri xəstəliklərinə qarşı faydalıdır. Dəridəki  səpkiləri  aradan götürür. Doğumu asanlaşdırır. Mixək yağı nevroloji və revmatizm ağrılarını azaldır.

Mixək sevə-sevə istifadə etdiyimiz ətirlərin və bir çox kosmetik məhsulların tərkibinə də qatılır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 11 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri