Cənnət xurmasının inanılmaz faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 980
Səs ver:
(səs: 3)
Payızın gəlməsi ilə birlikdə piştaxtalarda görməyə başladığımız xurma sağlamlıq üçün ən faydalı meyvələrdən biridir. Xurma latın dilində "tanrıların meyvəsi” adlanır. Bir çox ölkədə isə bu meyvəyə "cənnət xurması" deyilir.

Xurmanın vətəni Çin hesab olunur. 500-ə qədər növü olan bu meyvəni korolyok, büzüşdürücü qafqaz, yapon kimi növləri daha məşhurdur.

Xurma xüsusilə də mədə və bağırsaq xəstəlikləri üçün dərman qədər təsirlidir. Tərkibindəki pektin maddəsi həzmi yaxşılaşdırır. Məhz buna görədir ki, mədə xəstəlikləri zamanı tövsiyə olunur. Mədəni gücləndirir, qastritin yaranmasının qarşısını alır. Bağırsaq iltihabının sağalımasına kömək edir.

Xurmadan ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Orqaznimi xərçəng xəstəliyindən qoruyur.

Tərkibində bol miqdarda zülal, karbonhidrat, fosfor, kalsium, dəmir, sodium, maqnezium, həmiçinin, A, B1, B2, B3, C vitaminləri var.

İshalı sağaldan xurma qəzbiziyin aradan qalxması üçün də istifadə olunur.

Tərkibindəki maqnezium sayəsində böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır.

Yodla zəngin olan xurma qaraciyər və görmə qabiliyyətinə də müsbət təsir göstərir. Xurma sidikqovucu təsirə də malikdir.

Əsəb sisteminə müsbət təsir göstərir və işgüzarlığı artırır.

Həkimlər varikozdan əziyyət çəkən xəstələrə xurma yeməyi tövsiyə edirlər.

Tez doyuzdurduğu və aclıq hissini uzun müddətliyinə yox etdiyi üçün pəhriz saxlayanalr üçün də uyğun qidadır. 2-3 ədəd xurma yeyərək doya bilərsiniz, kalorisi az olduğu üçün kökəlməyə səbəb olmayacaq.

Xurma həm də anemiya, həmçinin qalxanabənzər vəzilərin fəaliyyətində olan problemlərdə, soyuqdəymənin profilaktikası üçün yaxşı vasitədir.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri