Qara kələmin faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 910
Səs ver:
(səs: 1)
Qara kələm A, B, E, C vitaminləri, kalsium, potasium, kükürd, maqnezium, dəmir, sink mineralları ilə zəngindir.
Tərkibindəki C vitamini sayəsində erkən yaşlanmaya səbəb olan sərbəst radikalları azaldır. Hüceyrələrin korlanmasını əngəlləyir. Ürək problemləri, mədə xorası, bəzi növ xərçəng, depressiya, immunitet sistemi və soyuqdəymə müalicəsində bədəni dəstəkləyir. Yaralı yerlərin tez sağalmasına kömək edir. Sinir sisteminin düzgün çalışmasına kömək edərək unutqanlıq və digər degenerativ sinir sistemi xəstəliklərini azaldır.

Yetərsiz lif qəbulu qəbzliyə səbəb olur. Buna bağlı olaraq həzmsizlik, qastrointestinal xərçənglər, mədə xorası, iştaha itkisi kimi problemlər ortaya çıxa bilər. Liflə zəngin olan qara kələm bağırsaqları hərəkətə keçirərək qəbzlik və digər həzm sistemi xəstəliklərinə mane olur.

Tərkibindəki kükürd sayəsində infeksiyalara qarşı qoruyur. Yaraların sağlamasına tez kömək edir və xoranın şiddətini azaldır.

Katarakt, ürək xəstəliyi və fərqli xərçəng növlərinə qarşı qoruyucudur. İmmuniteti gücləndirir. Əzələləri qoruyur. Bədəni toksik maddələrin təsirindən qoruyur.

Dəmir sayəsində qan azlığını əngəlləyir, immuniteti gücləndirir, qaraciyərin bədənə girən zəhərli maddələrdən təsirlənməsinə mane olur.

Qara kələmin tərkibindəki "lupeol, sinigrin və sülforafan" kimi antixərçəng birləşmələr şişlərin böyüməsinə mane olur. Çinli qadınlar üzərində aparılan araşdırma zamanı qara kələm yeyənlərdə döş xərçəngi riskinin azaldığı görülmüşdü.

Qara kələmin tərkibindəki "glutamin" güclü antiinfeksiya qaynağıdır. Bununla allergiya, oynaq ağrıları, qızdırma və fərqli xəstəliklərdə infeksiyanın qarşısını almağa kömək edir.

Göz sağlamlığı və qara kələm

Kələm beta-karoten qaynağıdır. Bu da göz sağlamlığı üçün önəmlidir. Buna görə qara kələm yaşlandıqca artan makula (gözün arx qismindəki retina təbəqəsi) degenerasiyasını əngəlləyərək katarakt yaranmasına mane olur. Beta karoten eyni zamanda antixərçəng təsiri ilə prostat xərçənginə qarşı faydalıdır.

Sümük sağlamlığı və qara kələm

Qara kələm kalsium, maqnezium, potasium kimi mineralların qaynağıdır. Bu üç əsas mineral sümük toxuması qorumasına kömək edərək osteoporoz və sümük əriməsi kimi xəstəliklərin əngəllənməsində yardımcı olur.

Ürək xəstəlikləri , təzyiq və qara kələm

Potasium ilə qan damarlarını açaraq qanın axınını asanlaşdırır. Bununla iflic və infarkt riskini azaldır. Yüksək qan təzyiqinə qarşı qoruyur.

Dəri baxımı, erkən yaşlanma və qara kələm

Antioksidan özəlliyi ilə dərini qoruyur, erkən yaşlanmaya mane olur. Yaraların sağalmasını asanlaşdırır. Qırışlara, dəridə rəng dəyişikliklərinə və qara nöqtələrə səbəb olan sərbəst radikalları əngəlləyir.

Qara kələm kökü yodu azaltdığ üçün zob xəstələrinin istifadə etməməsi lazımdır.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 8 910
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri