Bu tərəvəzin faydasını hamı bilmir

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 7 606
Səs ver:
(səs: 4)
Badımcan ən faydalı tərəvəzdir. Lakin onun faydaları haqqında çox insan məlumatsızdır. Ürək və sinirlər üçün ən faydalı tərəvəzlərdən olan badımcanı həm soyutma, həm kabab, həm də qızartma etmək olar. Bu tərəvəzdən vitamin mənbəyi olan salatlar hazırlamaqla da yararlanmaq mümkündür.
Badımcan əslində yay tərəvəzi olsa da, hazırda onu istənilən fəsildə tapmaq olar.

badımcanın çoxlarının xəbərsiz olduğu faydalarını təqdim edir.

Nə üçün badımcan yeməliyik?

Badımcan həzm sistemini asanlaşdırır.
Yüksək lif tərkibi sayəsində qəbizliyin qarşısını alır.
Bağırsaqları yumşaldır.
A, B1, B2, C vitaminləri ilə zəngindir. Tərkibi kalsium, kalium və dəmir mineralları ilə boldur.
Xolestrolun səviyyəsini tənzimləyir.
Qan təzyiqini normallaşdırır.
Ürək xəstəliklərinin qarşısını almağa kömək edir.
Arıqlamağa kömək edir.
Ayaqlarda və bud nahiyələrində sellilüt yaranmasının qarşısını alır.
Uzun müddət tox saxlayır.
Revmatizm xəstəliklərinə faydalıdır.
Dişləri gücləndirir.
İmmuniteti gücləndirir.
Tərkibində yüksək miqdarda su olduğu üçün dərinin nəmliyini qoruyur. Quru dəri və saç üçün faydalıdır.
Xərçəng riskini azaldır.
Beyinin fəaliyyətinə müsbət təsir edir.
Şəkər xəstəlikləri üçün olduqca faydalı tərəvəzdir.
Güclü bir antioksidantdır.

Amma bu, faydalı tərəvəzdən hamının istifadə edə biləcəyi mənasına gəlmir. Belə ki, bəzi xəstəlikləri olanlar həkim məsləhəti ilə badımcan yeməsələr, daha yaxşı olar.
Xüsusilə böyrəklə bağlı problemi olanlar. Onda böyrək və ya öd kisəsindən problemi olanların sağlamlığna ziyan ola biləcək turşular var.

Badımcan pəhriz saxlayanlar üçün ideal vasitədir. 100 q təzə badımcan cəmi 24 kaloridir. Bununla yanaşı 1,1 q protein, 5,5 q karbohidrat, 0 xolesterol, 2 q yağ, 1 q lif, 37 mq fosfor, 15 mq kalsium; 1 mq dəmir, 1 mq natrium, 15 mq kalium, 0,05 mq B1 vitamini, 0,04 mq B2 vitamini, 0,05 mq B3 vitamini, 0,081 mq B6 vitamini və 5 mq C vitamini var.
(səs: 4)
Şərhlər: 11
Baxılıb: 7 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri