Şabalıd - damarların dərmanı

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 4 922
Səs ver:
(səs: 0)
Digər çərəzlərlə müqayisədə şabalıd azkalorilidir. Bəzi çərəzlərin 100 qr-da 400, hətta 500 kkal olur, 100 qr şabalıdda isə 180 kkal var.

Məhz bu səbəbdən artıq çəkisi olan insanlara çərəzlərin arasında məhz şabalıd seçməlidir. Şabalıdın digər faydalı xüsusiyyəti ondan ibarətdir ki, şabalıd insanda çox tez toxluq hissi yaradır və insanı uzun müddət ərzində tox saxlayır.

Şabalıdın tərkibində zülallar, karbohidratlar, A, C, K, B qrupu vitaminləri, kalium, maqnezium, sink, fosfor, mis kimi mikroelementlər var.

Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.

Lakin adi yeməli şabalıd da damarların vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən varikoz xəstəliyi olan insanlar şabalıdı öz qidalanmasına daim daxil etməlidir.

Şabalıd qanı duruldur və bu səbəbdən tromblaşmanın qarşısını alır.

Varikoz xəstəliyi zamanı şabalıd qabıqlarının dəmləmləsi ilə (cır şabalıd daha təsirlidir, lakin yeməli şabalıd da istifadə oluna bilər) ayaqlara islatmalar etmək və ya bu dəmləməni sadəcə ayaqlara çəkmək olar.

Həmçinin belə dəmləməni damaqlar xəstəlikləri zamanı da istifadə etmək olar. Dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır.

Şabalıd kalium elementi ilə zəngindir. Kalium isə ürəyimiz üçün çox vacibdir. Ürək əzələsini tonuslaşdırır, orqanizmi artıq mayedən və duzlardan azad edir, ödemləri azaldır. Müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı şabalıd çox xeyirlidir.

B qrupu vitaminlərlə zəngin olan şabalıd insanın sinir sisteminə də çox müsbət təsir edir.

Şabalıd bağırsaqlar üçün də çox xeyirlidir - onların fəaliyyətini yaxşılaşdırır. Şabalıd qara ciyərə də çox yaxşı təsir edir.

Şabalıd orqanizmdə gedən mübadilə proseslərini yaxşılaşdırır.

Şabalıdı çiy vəziyyətdə yemək tövsiyə edilmir. Ən yaxşı variant şabalıdı qazartmaqdır.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri