Dəfnə yarpağı adətən ədviyyat kimi istifadə olunur - isti və soyuq yeməklərə, turşulara əlavə olunur.
Lakin bir çox insanlar bilmir ki, dəfnə yarpağı nadir müalicəvi xüsusiyyətlərinə malikdir.
Dəfnə yarpaqların kimyəvi tərkibi çox zəngindir - burada efir yağları,
vitaminlər (B qrupu, A, C, PP), mikro- və makroelementlər (sink, kalium,
dəmir, selen, fosfor və s.) var.
Dəfnə orqanizmə antiseptik, iltihabəleyhinə, göbələkəleyhinə, sidik və
tərqovucu təsir edir, şəkərin səviyyəsini və arterial təzyiqi aşağı
salır, həzm prosesləri yaxşılaşdırır.
Dəfnə yarpaqları orqanizmi artıq duzlardan təmizləyir. Bunun üçün
dəmləmə istifadə olunur. Təxminən 20 dənə quru yarpağın üzərinə 2 stəkan
qaynar su əlavə olunur (termosda dəmləmək daha yaxşıdır). Dəmləmə gün
ərzində kiçik qurtumlarla içilir. Müalicə müddəti - 3 gün. 1 həftədən
sonra müalicə kursu təkrar olunur.
Stomatit və digər ağız boşluğu iltihabları zamanı dəfnə yarpağı çox
yaxşı kömək edir. Bunun üçün gün ərzində bir neçə dəfə dəfnə yarpağı
sadəcə çeynəmək lazımdır. Daha sonra 1 saat ərzində heç nə yemək və
içmək olmaz.
Ayaqlarınız həddən artıq tərləyirsə, dəfnə yarpaqları ilə olan ayaq
vannaları edin. Bunun üçün 20 dəfnə yarpağı 1 stəkan qaynar suda
dəmlənilir və vannaya əlavə olunur.
Şəkərli diabet zamanı dəfnə yarpaqları dəmləməsi qanda şəkərin səviyyəsini aşağı salır.
İltihabəleyhinə təsirinə malik olan dəfnə soyuqdəymə xəstəlikləri zamanı
da dəmləmə şəklində istifadə oluna bilər. Bundan əlavə ailənin digər
üzvlərini infeksiyadan qorumaq üçün aromatik dəfnə yağı aromalampaya
damızdırın və ya dəfnə yarpaqları dəmləyib otaqlara buxar verin. Bu
buxar havada olan mikrobları öldürür.
Fitonsidlər və sinklə zəngin olan dəfnə yarpaqları immunitetə möhkəmləndirici təsir edir.
Dəfnə yarpaqları ilə olan inhalyasiyalar haymorit zamanı uğurla istifadə
olunur. Bunun üçün dəfnə yarpaqları dəmlənilir (10 quru yarpaq + 1
stəkan qaynar su), enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs
alır. Prosedura bir neçə dəfə təkrar olunmalıdır.
Dəfnə yarpağı dəmləməsi ishal zamanı uğurla istifadə oluna bilər.
Dəfnə insanın sinir sisteminə çox müsbət təsir edir. Dəfnə ilə olan vannalar sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir.
Dəfnə yarpaqları kosmetik məqsədi ilə də istifadə oluna bilər. Belə ki,
iltihablaşmış, üzərində civzələr və qara nöqtələr olan dərini
təmizləmək üçün belə vasitə düzəltmək olar: 10 dənə xırdalanmış quru
dəfnə yarpağı götürülür, üzərinə 1 stəkan araq əlavə olunur və 1 gün
saxlanılır. Daha sonra bu vasitə süzülür və dərinin iltihablaşmış
sahələrinə çəkilir.