Qan xərçənginə qarşı gündə 1 avokado

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 2 346
Səs ver:
(səs: 0)
Kanadalı alimlərin  apardıqları araşdırmaların nəticələrinə görə, avokadonun tərkibində xüsusi, "avokatin B” adlı  yağ molekulları qan xərçəngi ilə mübarizə aparır. Bu molekullar qan xərçənginə səbəb olan hüceyrələri məhv edir.

Alimlər bildirirlər ki, gündə bir ədəd avokado yeyərək qan xərçəngindən qorunmaq və mövcud xəstəliklə mübarizə aparmaq olar.

Araşdırmanı aparan professorlar bir neçə il içərisində tərkibində avokado olan dərman hazırlayacaqlarını və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsində istifadə edəcəklərini açıqlayıblar. Onlar avokadonun qan xərçəngindən ölən insanların sayını kəskin şəkildə azaldacağını düşünürlər.

Qeyd edək ki, araşdırmanın nəticələri "Cancer Research" jurnalında yayımlanıb.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 346
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri