Yuxusuzluğun çarəsi bu çiçəklərdədir

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 958
Səs ver:
(səs: 2)
Yayda bir tərəfdən ağcaqanadlar, digər tərəfdən isti yuxumuzu ərşə çəkir. Dünyada aparılan sorğular qış aylarında yuxu problemi ilə üzləşməyən insanların yay mövsümündə yuxuya gedərkən çətinlik çəkdiklərini təsdiq edib.

Nəzərə alsaq ki,  gün ərzində enerjili və gümrah olmaq  üçün 8 saat rahat yuxuya ehtiyacımız var, deməli, yay mövsümündə də yuxu rejimimizin pozulmamaısna diqqət etməliyik. Bunun üçün yuxugətirici bəzi bitkilərdən istifadə etmək olar

Jasmin
İnsanı sakitləşdirir, dərin yuxuya getməyə kömək edir. İnsana pozitiv enerji verdiyi üçün səhərlər daha gümrah oyanmağa səbəb olur.
Yatmazdan öncə 10 dəqiqə jasmin iyləyə bilərsiniz. Ancaq ən yaxşı üsul yatmazdan yarım saat öncə yataq otağına güldanda tər jasminlər qoymaqdır.

Lavanda
Lavanda insanı rahatlaşdırır. Yuxuya getməyi asanlaşdırır. Yataq otağına qoyulan bir dəstə lavanda sizi rahat yuxu ilə təmin etməyə qadirdir.

Qardeniya
Yuxugətirici təsiri laboratoriya şəraitində təsdiq edilib. Bu çiçək havadakı oksigen səviyyəsini artırır. Qiyməti elə də baha olmayan həmin çiçəklər çox qulluq tələb etmir.

Odur ki, gecələr rahat yatmaq istəyirsinizsə, yataq otağınızı bu gözəl çiçəklə bəzəyin.

Sarı çiçək açan aloe-vera
Otağın havasını təmizləyir. İnsanı sakitləşdirir. Təsirli yuxugətiricidir.

Divar sarmaşığı
Divar sarmaşığı havanı ən tez təmizləyən bitkidir. Otağın temperaturunu da balanslayır.

Dreçena
Palmanın bir növüdür. Böyük olduğu üçün dekorasiyanı zənginləşdirmək üçün də istifadə edilə bilər. Bu bitkinin olduğu otaqda yatdıqda həm daha dərin yuxuya getmək mümkün olur, həm də bədən toksinlərdən təmizlənir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 958
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri