Böyürtkənin bu faydalarını bilirsinizmi?

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 5 254
Səs ver:
(səs: 3)
Böyürtkən ölkəmizdə ən çox yetişən meyvələrdəndir.Böyürtkənin tərkibindəki "siyanidin” adlı maddə xərçəng şişinin inkişafını önləyir. Həmçinin, bağırsaq xəçənginin qarşısını alır.

Böyürtkən C vitamini ilə zəngin meyvədir. Yaşlılıq əlamətlərini aradan qaldırır. Antioksidantlarla zəngin olduğu üçün immunitet sistemini gücləndirir. Tərkibindəki "antosiyanin” adlı maddələr şəkər xəstəliyinə yaxalanmaq riskini azaldır. "Pektin” maddəsi ehtiva etdiyi üçün pis xolesterinin düşməni hesab edilir. Kaliumla zəngindir. Qan təzyiqini sabitləşdirir.

Yüksək miqdarda K vitamini ehtiva edən böyürtkən xüsusilə qadınların osteoporoz (sümük əriməsi) ilə üzləşməsinin qarşısını alır. İştahanı azaldır. Ona görə də ideal çəkidə qalmaq istəyənlər üçün yararlı meyvədir. Böyürtkənin kalorisi çox azdır. 1 ovuc böyürtkəndə cəmi 60 kalori var. Pəhriz saxlayanlar rahatlıqla bu meyvədən yeyə bilərlər.

Omeqa-3 və omeqa-6 yağ turşuları ilə zəngin olduğu üçün sinir sistemini qoruyur, depressiyaya qarşı faydalıdır. Yaddaşı gücləndirir.

Böyürtkəni çiy halda yemək daha faydalıdır. Ancaq mürəbbəsi və kompotu da orqanizmə yaxşı təsir edir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 5 254
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri