Biyan kökü - immuniteti möhkənləndirən bitki

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 6 968
Səs ver:
(səs: 2)
İnsanlar biyan kökünün faydalı xüsusiyyətlərini qədim zamanlardan istifadə edirdi.

5 min il bundan əvvəl yazılmış qədim Çin kitablarında biyan kökünün faydası və müalicə zamanı istifadəsi haqqında məlumatlar var.

Tibetdə yaşayan təbiblər uzun illər bundan əvvəl biyan kökünün köməyi ilə öskürək, ağ ciyər iltihabları, soyuqdəymə xəstəlikləri, qanazlığı, həzm sistemi, qara ciyər, sidik yolları xəstəliklərini müalicə edirdilər. Dahi Avisenna biyan kökünü ağ ciyər xəstəlikləri, sidik kisəsi, soyuqdəymə xəstəlikləri zamanı istifadə edirdi. Qədim zamanlarda belə hesab olunurdu ki, biyan kökü insanın ömrünü uzadır, orqanizmi cavanlaşdırır.

Biyan kökü indi də həm xalq təbabətində, həm də ənənəvi tibdə geniş istifadə olunur. Biyan kökü müxtəlif immunitet möhkəmləndirən, sakitləşdirici preparatların tərkibinə daxil edilir.

- Biyan kökünün əsas faydası onun insanın immun sisteminə olan müsbət təsiridir. Biyan kökü immun sistemini stimullaşdırır, möhkəmləndirir ki, orqanizm infeksiya, virus və iltihabla daha asan və tez mübarizə aparır. Pediatrlar soyuqdəymə və virus xəstəlikləri zamanı uşaqlara tez-tez biyan kökü siropunu təyin edirlər.

Biyan kökündən immuniteti möhkəmləndirən xüsusi çay hazırlamaq olar. Bu çaydan xüsusilə qrip və s. virusların epidemiyaları zamanı istifadə etmək yaxşıdır. 1 çay qaşığı biyan kökü 1 fincan qaynar suda dəmlənilir, soyudulur, 1 çay qaşığı bal əlavə olunur. Bu faydalı çayı gündə 1 dəfə içmək olar.

- Spazmolitik (spazmaları aradan qaldıran) təsirə malik olan biyan kökü qarın və baş ağrıları, qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı ağrıları azaldır. Bunun üçün 1 xörək qaşığı biyan kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

- Belə hesab olunur ki, biyan kökü şişəleyhinə təsirə malikdir.

- Güclü iltihabəleyhinə təsirə görə biyan kökü müxtəlif iltihablar zamanı köməkçi vasitə kimi istifadə olunur.

- Biyan kökü sidik kisəsi və sidik yolları iltihabları zamanı iltihabəleyhinə və sidkiqovucu vasitə kimi istifadə olunur.

- Biyan kökü həmçinin mikrob əleyhinə və spazmolitik təsir edir. Bu səbəbdən biyan kökü həzm sistemi xəstəlikləri (xüsusilə mədə və 12 barmaq bağırsağı xorası xəstəliyi) zamanı istifadə olunur.

- Biyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunmasını asanlaşdırır.

- Biyan kökü insanın sinir sisteminə də çox müsbət təsir edir - sakitləşdirir, stres və depressiya ilə mübarizədə kömək edir, yorğunluğu azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Biyan kökü bəzi xəstəliklər və pozulmalar zamanı (hipertoniya, şəkərli diabet, bəzi ürək və qara ciyər xəstəlikləri və s.) istifadə olunmur. Bu səbəbdən bu vasitədən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 6 968
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri