Tut qurusunun inanılmaz faydaları

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 5 649
Səs ver:
(səs: 3)
Qayısı, xurma, kişmiş kimi qurudulmuş meyvələrdən bol-bol istifadə etsək də, ən az onlar qədər faydalı olan tut qurusuna biganə yanaşırıq. Halbuki, tut qurusu ən az fındıq, fısdıq, qoz kimi çərəzlərlə eyni qida dəyərinə malikdir. Həkimlər tut qurusunun bir çox xəstəliyin qarşısını aldığını bildirirlər.

Tut qurusu dəmir baxımından zəngindir. Sidikqovucudur, ödəmi azaldır, bağırsaq qurdlarını tökür. Ekzemaya qarşı faydalıdır. Kalsiumla zəngindir. B1, B2 və C vitamini ehtiva edir. Bu xüsusiyyətləri sayəsində qanı artırır, insana enerji verir.

Tut qurusu ürək-damar sistemi üçün çox faydalıdır.

Bədəni qüvvətləndirir. İmmunitet sistemini gücləndirir. Mədə və bağırsaqların işini asanlaşdırır.

Boğaz ətininin şişməsinin qarşısını alır. Ağız və boğaz iltihabına qarşı təsirlidir. Diş əti xəstəliklərinə yaxşı təsir edir. Öskürəyi kəsir.

Qeyd edək ki, tut qurusunu acqarına yemək lazımdır.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 5 649
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri