Qəhvə, ürək xəstəliklərindən ölüm riskini azaldır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 208
Səs ver:
(səs: 1)
Qəhvə bir çoxlarının bildiyi kimi təkcə yuxunu qaçırmır, həmçinin insan orqanizmi üçün daha faydalıdır.

Qəhvənin insan orqanizmi üçün xeyir və zərərləri barədə aparılan araşdırmalara biri də əlavə olundu. Araşdırmalara görə qəhvə, ürək damar xəstəlikləri, diyabet, intihar və nevroloji problemlərin yol açdığı ölüm riskini azaldır. Buna görədə sizə qəhvənin üstün keyfiyyətlərindən bəhs edək.

Mütəxəssislərin 30 il ərzində təxminən 168 min qadın və 40 min kişi üzərində apardığı araşdırmanın nəticələrə əsasən, kafeinli ya da kafeinsiz müntəzəm şəkildə qəhvə içmək ürək və damar xəstəlikləri, diyabet, intihar və nevroloji problemlər səbəbindən yaranan ölüm riskini azaltdığını bildirirlər.
 
Mütəxəssislər, müntəzəm və balanslı qəhvə qəbul etməyin sağlam bir qidalanma kimi qiymətləndirilməsinin düzgün olduğunu qeyd edirlər. Hamilələr və uşaqların isə tərkibində kafenin olan qəhvə və digər içkiləri içməsi qadağan edilib.
 
Tədqiqatçı Harvard Universiteti Cəmiyyət Sağlamlığı Məktəbi doktorantura tələbəsi Ming Dingin məqalədə yer alan açıqlamasında qeyd olunur ki, qəhvədə olan bioaktiv komponentlərin insulin müqavimətini və sistematik iltihabı azaldır. Müntəzəm olaraq qəhvə içərək ölüm riskinin azalması kimi digər üstün cəhətlərinin aşkar edilməsi istiqamətində hələ də araşdırmaların davam etdirldiyi qeyd olunub.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 208
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri