Balqabağın
dünyada 700-ə qədər növü mövcuddur. Bunlardan 3-ü - adi, irimeyvəli və
muskat növləri Azərbaycanda daha geniş becərilir. Bir çox vitamin
preparatlarının, şirniyyat sənayesində sukat və müxtəlif içliklərin
hazırlandığı balqabağın şirəsinin nə qədər faydalı olduğunu
bilirsinizmi?
Qadınlar.biz sizlərə balqabaq şirəsinin faydalarının nədən ibarət olduğunu təqdim edir.
Uzun
sürən müalicə proseduralarından, gərgin fiziki və zehni yorğunluqdan
sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitə hesab
olunur. Onun tərkibində pektin olduğu üçün bu içki güclü
antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və
ağır metallardan təmizlənməsində mühüm rol oynayır.
Balqabaq
şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması üçün
təbii məlhəmdir. Bu şirə maddələr mübadiləsini normallaşdırır,
qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün
xeyirlidir.
Ürək
damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca
faydalıdır. Hipertoniyadan əziyyət çəkənlər də balqabaq şirəsindən
faydalana bilərlər. O, qan təzyiqinin aşağı salınmasında əvəzolunmaz
vasitədir.
Bu
şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli
diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.
Balqabaq
şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı
içkilərdən biri sayıla bilər. Bu möcüzəvi faydaları olan içki hamilə
qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə
ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.
Xanımlar bu şirədən dırnaq və saç qulluğunda istifadə edə bilər. Balqabaq şirəsi saç və dırnağın struktrunu möhkəmləndirir.
Uşaqlarda
raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən
istifadə etmək məsləhət görülür. Balqabaq şirəsini gün ərzində 1
stəkandan artıq içmək məsləhət görülmür.
Unutmayaq
ki, hər bir qidanın faydası olduğu kimi zərəri də var. Ona görə də hər
şeydən qədərində yararlanmaq lazımdır. Eynilə də balqabaq şirəsidir ki,
mədə və on iki barmaq bağırsağın xorası, həzm orqanlarında kəskin
problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə
olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə
məsləhətləşməyi unutmayın.