Zeytun yağının bu faydasını heç alimlər də bilmirdi

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 3 017
Səs ver:
(səs: 2)
Zeytun yağının orqanizm üçün nə qədər faydalı olduğunu bilməyən yoxdur. Elmə onun xərçəng riskini azaltması, yaşlılıqla mübarizə aparması çoxdan məlumdur.
 
 
"Environmental health perspectives” jurnalında yayımlanan araşdırmaya görə, zeytun yağı insan orqanizmini hava çirkliliyinin mənfi nəticələrindən qoruyur.
 
Araşdırma çərçivəsində orta yaşlı insanlardan ibarət 3 qrup yaradılıb.
Birinci qrup 1 ay müddətində gündə 3 ədəd balıq yağı kapsulu qəbul edib.
 
İkinci qrupa isə gündə 3 ədəd zeytun yağı kapsulu (təxminən, 2 çay qaşığı) verilib.
Üçüncü qrup isə heç bir yağdan içməyib. Hər 3 qrupdakı insanlar gündə bir neçə saat çirkli hava tənəffüs ediblər.
 
Nəticədə aydın olub ki, zeytun yağı içənlərin orqanizmi çirkli havanın səbəb olduğu bəzi problemləri daha tez aradan qaldırır.
 
Qeyd edək ki, alimlər ətraf mühitin çirkliliyinin ürək xəstəliklərinə, təzyiqə, qan damarlarının daralmasına, iflic və infarkt kimi hallara səbəb olduğunu vurğulayırlar. Ona görə də, gündə 1-2 çay qaşığı keyfiyyətli zeytun yağı içmək tövsiyə edilir.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 3 017
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri