Dəfnə yarpağının dəmlənməsi qədimdən xalq təbabətində müxtəlif xəstəliklər və pozulmalar zamanı geniş istifadə olunur.
-
Fitonsidlərlə zəngin dəfnə yarpağının dəmlənməsi soyuqdəymə və qripp
zamanı çox yaxşı müalicəvi təsir edir, xəstənin vəziyyətini
yüngülləşdirir, immun sistemini gücləndirir, orqanizmə xəstəliklə
mübarizə etməyə kömək edir. Dəmlənməni hazırlamaq üçün 5-6 dəfnə
yarpağını 1 stəkan qaynar suda dəmləyin, 30 dəqiqədən sonra süzün və 1/2
çay qaşığı bal əlavə edib gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla ilıq
şəkildə qəbul edin.
-
İshal zamanı dəfnə yarpağının dəmlənməsi bağırsaqları çox yaxşı
"yığır", onlara mikrobəleyhinə təsir edir. 5-6 dəfnə yarpağı 1 stəkan
qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/3 stəkan olmaqla içilir.
-
Dəfnə yarpağının dəmlənməsi qanda şəkərin səviyyəsini aşağı salır və bu
səbəbdən şəkərli diabet zamanı köməkçi vasitə kimi istifadə oluna
bilər. Axşamdan termosda 10 dəfnə yarpağını 1/2 l qaynar suda dəmləyin
və növbəti gün hər qida qəbulundan 30 dəqiqə əvvəl stəkanın 1/3 hissəsi
olmaqla için.
-
Dəfnə yarpağının dəmlənməsi yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağının
üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda
qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə
ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
-
Dəridə müxtəlif səpgilər, uşaqlarda diatez, bişməcə zamanı dəfnə
yarpağının dəmlənməsi çox yaxşı kömək edir, dərini təmizləyir,
antiseptik təsir edir, səpgiləri daha solğun edir.
-
Dəfnə yarpağının dəmlənməsi yuxarı tənəffüs yollarının iltihabları,
sinusitlər (haymorit, frontit) zamanı inhalyasiya üçün istifadə olunur.
Bunun üçün dəfnə yarpağı dəmlənir (10 quru yarpaq + 1 stəkan qaynar su),
enli qaba tökülür və xəstə bu qabın üzərində nəfəs alır. Prosedura bir
neçə dəfə təkrar olunmalıdır.
-
Dəfnə yarpağının dəmlənməsi orqanizmi ziyanlı maddələrdən təmizləyir.
6-7 quru dəfnə yarpağı termosa qoyulur, üzərinə 1/2 l qaynar su əlavə
olunur və 2 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni kiçik
qurtumlarla gün ərzində içmək lazımdır. Müalicə kursu - 1 həftədir. 1
həftədən sonra müalicəni təkrarlamaq olar.
-
Dəfnə yarpağının dəmlənməsi sinir sisteminə çox müsbət təsir edir -
sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Dəfnə yarpağının
dəmlənməsi ilə vannalar çox yaxşı sakitləşdirici vasitədir. Axşam
yatmazdan əvvəl 20 dəfnə yarpağını 1 l qaynar suda 1 saat ərzində
dəmləyin (termosda dəmləmək daha yaxşıdır) və sonra vannaya əlavə edin.
Belə müalicəvi vannaları bir gündən bir qəbul etmək olar.
-
Ayaqlarınız həddən artıq çox tərləyirsə və ayaqlarınızdan pis qoxu
gəlirsə, dəfnə yarpağı ilə ayaq vannaları edin. 10 yarpaq 1/2 l qaynar
suda 1/2 saat ərzində dəmlənir, və ayaq vannası üçün suya əlavə olunur.
Sizdə
hər hansı xroniki xəstəliklər varsa, dəfnə yarpağının dəmlənməsindən
istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Bəzi xəstəliklər
zamanı, hamiləlik zamanı bu dəmləməni istifadə etmək olmaz.