Dəhşətli xəstəliklərlə mübarizə aparan sehrli meyvə

Müəllif: Fialka
Şərhlər: 5
Baxılıb: 4 731
Səs ver:
(səs: 4)
Heyva qış fəslinin ən sevilən meyvələrindən biridir. Türkiyəli həkim-diyetoloq Şəbnəm Kandıralı qış xəstəliklərindən, xüsusilə, qripdən qorunmaq üçün heyvadan yararlana biləcəyimizi bildirib.
 
Şəbnəm Kandıralının sözlərinə görə, heyva vitamin və minerallarla ən zəngin meyvələrdən biri sayılır:
 
"Heyva A və C vitamini, həmçinin, B qrup vitaminlərlə zəngindir. Bununla yanaşı, kalsium, dəmir, fosfor, mis, kalium, sink və maqnezium da ehtiva edir”.
 
Diyetoloq bildirib ki, bu meyvə bir çox sağlamlıq probleminin həllidir:
 
"Heyva bağırsaqlar üçün faydalıdır. Bu meyvənin tərkibində güclü antioksidantlar var. Bu səbəbdən, heyva yeyərək yaşlanma ilə mübarizə aparmaq olar. O, ürək xəstəliklərinə yaxalanmaq riskini də azaldır. İflic, infarkt kimi halların qarşısını alır. Heyvanı balla qarışdırıb yedikdə mədə və bağırsaq problemlərini, qəbizliyi aradan qaldırır. Heyvanın  toxumlarını suda bişirib ondan əldə edilən məcunla göz iltihablarını, boğaz ağrısını müalicə edirlər.
 
Heyva xərçəngin də düşməni hesab edilir. Onun şirəsi stresslə mübarizədə ən güclü vasitələrdən biridir.
 
Onu da qeyd edək ki, yaponların apardıqları araşdırmalar heyvanın qabığındakı maddələrin hepatit A, B və C-yə səbəb olan orqanizmlərin böyüməsinə mane olduğunu göstərib.
 
Həkimin sözlərinə görə, heyvanın ən böyük faydası qrip və soyuqdəyməyə yaxşı təsir etməsidir. O, bu iki xəstəliyi ən güclü dərmanlardan daha tez sağaldır:
 
"Heyva qrip və soyuqdəymə zamanı müşahidə edilən ürəkbulanma və qusma hallarının qarşısını alır. Tərkibindəki vitamin və minerallar sayəsində immunitet sistemini gücləndirir və orqanizmin xəstəliyə qarşı müqavimətini artırır”.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri