Gündəlik
həyatın problemləri və işdəki stress sağlamlıqla yanaşı, dəridən də
təsir ötüşmür. Stressi özündən kənarlaşdırmasanız, bu ciddi problemlərə
yol açır.
Problemsiz dəridə bir-birə sızanaq çıxırsa, bunun 90 faizi stresslə
bağlıdır. Stress nəticəsində təkcə sızanaq deyil, quruluq yaranır və
qırışların əmələ gəlməsinə zəmin hazırlayır.
Stress dərinin üzərində özünü necə göstərir?
Stress olduğu zaman vücudda kortizal yüksəlir və yağların çoxalmasına
səbəb olur. Vücudda lazım olduğundan artıq yağ isə masamələrə tıxanıb
dəridə ləkə və sızanaq yaranmasına gətirib çıxarır. Normal halda
sızanaqlara sahib olmayan xəstələrdə belə stress sızanaqların
yaranmasına səbəb olur.
Üzünə ilk dəfə sızanaq çıxan insanlarda bir nömrəli səbəb, stressdir.
Dəridəki probelmlərlə mübarizəyə başlamazdan əvvəl stressi
uzaqlaşdırmaq lazımdır. Stressi yox etmək üçün antioksidantlarla zəngin
yaşıl çaydan və masajdan istifadə etmək olar.
Stress dəri xərçənginə səbəb olurmu?
Stressin dəri xərçəngini yaradan ən təsirli üsullardan biri olduğu
araşdırılıb. Alimlər də bu fikri dəstəkləyib. Ohio State Universitetində
araşdırmaçıların siçanlar üzərində apardığı təcrübə də stressin dəri
üzərində mənfi təsirə malik olduğunu təsdiqləyib. Xüsusən də UV
şüalarına məruz qalanlar da bu təsir daha çoxdur. Günəş dəri xərçənginə
səbəb olan bir nömrəli düşməndir.
Qarşısını necə almaq olar?
Stress səviyyəsini aşağı salmağın ən təsirli yolu, sağlam qidalanma, düzgün nəfəs alma və idmandır.
Yuxu həlli
Yetərli miqdarda yatdığınız zaman stressi nəzarət altına almaqla dərinin gecə rahat nəfəs almasına icazə verə bilərsiniz.
Gərginliyi azaldın
Bitki yağları və uçucu qoxular stress azaldıcı vasitələr arasındadır.
Bilirsinizmi?
Özünüzü yaxşı hiss etsəniz belə, stressi atmaq çox
əhəmiyyətlidir. Beləcə, sərbəst radikal inkişafına mane olaraq erkən
yaşlanma və hüceyrələrin pozulmasının qarşısını ala bilərsiniz.