Qanazlığından əziyyət çəkənlərin diqqətinə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 180
Səs ver:
(səs: 6)
Çuğundurun özünü yeyə bilməyənlər şirəsini içə bilərlər. Ürəkbulanmanın baş verməməsi üçün çuğundur şirəsini çəkəndən sonra bir az soyuducuda saxlayıb sonra içmək lazımdır.

Çuğundurun faydalarını saymaqla bitməz. Bu tərəvəz həzmi yaxşılaşdırır, mikrobları öldürür, ürəyin işini tənzimləyir, trombların yaranmasının qarşısını alır.

Tərkibindəki maqnium sayəsində təzyiqin aşağı salınmasına kömək edir.

Qalxanabənzər vəzin xəstəliklərində faydalıdır. Tərkibi yodla zəngin olduğu üçün zobdan əziyyət çəkənlər üçün əvəzolunmaz dərmandır.

Qırmızı çuğundurun tərkibi antioksidantlarla zəngindir, qırmızı çuğundura rəngini verən piqmentlər xərçəngə qarşı mübarizədə təsirlidir.

A, B, C və P vitaminləri ilə zəngin olan bu tərəvəz qanazlığının dərmanıdır. Qanazlığından əziyyət çəkənlər bu tərəvəzi gündəlik menyularına daxil etməlidirlər. Salatlarda istifadə etmək çox yararlıdır. Bəzi ölkələrdə onu "qan meyvəsi” adlandırırlar. Bu da səbəbsiz deyil. Kök suyu ilə qarışdırılan qırmızı çuğundur suyu içildiyində qırmızı qan hüceyrələrinin sayını qısa zamanda çoxaldır.

Çuğundur eyni zamanda fosfor, dəmir, mis, maqnezium, kalsium, brom, sink və manqanla zəngin olub, immun sistemini gücləndirir.

Xüsusilə, soyuq qış aylarında qırmızı çuğundurla qidalanmaq orqanizmin müqavimətini artırır.

Çuğundur suyu təzyiqə qarşı da təsirlidir. Bir stəkan çuğundur suyu içmək təzyiqi aşağı salır. Müntəzəm olaraq  bu tərəvəzdən istifadə edən insanların təzyiqi nizamlanır.
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 4 180
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri