Bu meyvə baş ağrısını aradan qaldırır, ürək-damar sisteminin nizamlı işləməsinə kömək edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 518
Səs ver:
(səs: 2)
Qadınlar.biz-in məlumata görə, üzümün faydaları saymaqla bitməz. Tərkibində A, B1, B2, C vitamini olan, kalium, maqnezium ehtiva edən üzüm insan sağlamlığı üçün çox əhəmiyyətlidir.

Üzüm baş ağrısını kəsmək xüsusiyyəti ilə digər meyvələrdən fərqlənir. Xüsusilə də şirin üzüm növlərindən bir salxım yemək baş ağrısının dərhal kəsilməsinə səbəb olur.

İmmun sistemini qüvvətləndirən üzüm, həm də orqanizmi xərçəngə qarşı qoruyur.

Böyrək və qaraciyərin funksiyasını artırır, qaraciyər xəstəlikləri və qansızlığın müalicəsində də təsirlidir. Qanın təmizlənməsinə və bədəndə yağların əriməsinə kömək edən üzüm bu sayədə arıqlamaq istəyənlərin də ən sevimli meyvəsinə çevrilir. Arıqlamaq istəyənlərə gündə bir salxım üzüm yemək məsləhətdir. Ancaq turş növlərindən istifadə etməyə diqqət edin.

Bu meyvə bədəndə yığılan zərərli maddələrin çölə atılmasını təmin edir, yağların yığılmasına maneə olur. Beləliklə qanı sulandıraraq ürək-damar sisteminin nizamlı işləməsinə kömək edir.

Üzüm həm də gözəlliyini qorumaq istəyənlərin köməyinə çatır. Dərinin təzə və təmiz görünüş almasını təmin edən üzüm allergiya qarşı da dərini qoruyur.

Üzümün özü kimi qurusu da faydalıdır. Ancaq kökəlmək istəməyənlər kişmiş yeməsələr yaxşıdır.

Üzüm yarpağının suyu da bir çox faydalı xüsusiyyətləri ilə seçilir.

Dizenteriyaya və göz soyuqdəyməsinə qarşı şəfalı olan su üzümün yarpağını qaynadaraq əldə edilir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri