Evkalipt
cinsinin dünyada təxminən 500-ə qədər növü vardır. Tibbi cəhətdən ən
əhəmiyyətli növlərindən biri kürəşəkilli evkalipt, Eucalyptus globulus
labill bitkisidir. Dünyanın ən nəhəng ağacı olub, vətənində
(Avstraliyada) hündürlüyü 150 metrə çatır. Bu bitki bəzi digər səciyyəvi
xüsusiyyətlərə də malikdir. Nəhəng ağac olmasına baxmayaraq onun
kölgəsi olmur, çünki yarpaqları yerə perpendikulyar vəziyyətdə
dayanırlar. Bu bitkiyə heterofiliys (müxtəlif yarpaqlı) əlaməti xasdır.
Belə
ki, kürəşəkilli evkaliptdə yarpaq dar 2 formada və 2 düzülüşdə olurlar.
Bitkidəki cavan yarpaqlar yumurtavarı və ya enli lansetvari formada
olub, supsativ (qarşı-qarşıya, cüt-cüt) yerləşmişlər, saplaqlıdırlar.
Bitkinin yaşlı yarpaqları oraqşəkillidirlər, saplaqlıdır və növbəli
düzülmüşlər. Evkalipt ağacları özlərinə çoxlu su çəkmək xüsusiyyətinə də
malikdirlər. Onların bu xüsusiyyətindən bataqlıqları, gölməçələri
qurutmaq, ağcaqanadları məhv etmək və dolayı yolla malyariya
xəstəliyinin kökünü kəsmək üçün istifadə edilir.
ekvalipt
bitkisiEvkalipt çox böyük cins olub, Avstraliyanın və qonşu adaların
florasının ¾ hissəsini təşkil edir. Aralıq dənizi sahili və Qaradəniz
sahili ölkələrində Qaradəniz sahili ölkələrində, həmçinin, həmçinin
Afrikada,Hindistanda, İndoneziyada, Yeni Zelandiyada,Cənubi Amerikada bu
bitkinin sənaye əhəmiyyətli plantasiyaları vardır. MDB ölkələrindən
Qərbi Gürcüstanda, Rusiyanın Krasnadar Vilayətində, Azərbaycanın
Lənkəran, Astara, Masallı və Abşeron (Mərdəkan dendroparkının yanında)
rayonlarında becərilir.
Dərman
bitki xammalı kimi kürəşəkilli evkaliptin yarpaqları - Folia Eucolypti
istifadə olunur. Yarpaqlarını noyabrdan yeni ilin aprel ayına qədər olan
dövrdə toplayırlar, yaxşı ventilyasiyalı mənzillərdə, qalınlığı 10 sm-ə
qədər olan təbəqə ilə sərib qurudular və ya qurudulması 40 C-dən yüksək
olmayan temperaturda quruducu qurğularda həyata keçirirlər.
Evkaliptin
yarpağı zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində 3 faizə qədər
efir yağı, flavonoidlər, aşı maddələri, ellaq turşusu, qətran maddələri,
üzvi turşular və digər maddələr aşkar edilmişdir. Efir yağının əsas
komponenti sineol maddəsidir. Ondan başqa efir yağının tərkibində
komfor, fenxen, terpieoe, seskviterpen spirtləri və digər müşayiət edici
maddələr vardır.
Tərkibilərindəki
efir yağının polifenol birləşmələrinin (flavonoidlər, aşı maddələri
digər) sayəsində evkaliptin yarpaqları aydın nəzərə çarpan antiseptik,
iltihabkəsici,antibakterial, ağrıkəsici və digər təsirlər göstərirlər.
Evkaliptin
yarpağının qalın preparatları (dəmləmə, bişirmə və digər) antiseptik
təsirli vasitə kimi qarqara və inhalyasiya şəklində yuxarı tənəffüs
yollarının xəstəliklərində, qadın cinsiyyət yollarının iltihablı
xəsətliklərində, həmçinin təzə və infeksiyalı yaraların müalicəsində
tətbiq olunurlar. Bu preparatları abseslərdə, fleqmanlarda, irinli
mastitlərdə, çətin sağalan infeksiyalı xroniki xoralarda, həmçinin
dematoloji təcrübədə müxtəlif irinli xəstəliklərdə təyin edirlər.
Ginekoloji
xəstəliklərdə evkaliptin yarpağının dəmləməsi və bişirilməsini
cinsiyyət yollarını silmək üçün istifadə edirlər. Evkaliptin yarpağının
efir yağı fleqmon,furunkulyoz, uşaqlıq boyununun eroziyası və
xoralarında, yuxarı tənəffüs yollarının katarında, miozitdə, radikulitdə
və digər xəstəliklərdə ağrıkəsici sürtmə dərmanı kimi istifadə olunur.
Evkalipt yarpağından, tərkibi xlorofillərin qarışığından ibarət olan
"xlorofillipt" preparatı alınır. Bu preparat antibakterial təsirə malik
olub, yanıqların və trofiki xoraların müalicəsində yerli təsir göstərən
vasitə kimi istifadə edilir. Beləliklə evkalipt çoxtərəfli müalicəvi
təsirlərə malik olan effektli dərman bitkisi kimi təbabətdə özünə möhkəm
yer tutmuşdur.