Kinkan
qabıqlı yeyilə bilən yeganə sitrus meyvəsidir. Orqanizm üçün faydalı
olan kinkan onlarla problemi aradan qaldırmağa qadirdir.
Ən
çox yüksək təzyiq və xolesterinlə bağlı problemi olanlara məsləhət
görülür. Hətta qabıqlı yedikdə problemi daha tez həll edir.
Ürəyiniz
şirniyyat istəyəndə bu meyvədən yeyə bilərsiniz. Çünki gün ərzində
həddən artıq şəkərli qidalar qəbul etməyin qarşısını alır.
C
vitamini ilə zəngin olduğu üçün güclü antioksidantdır. İmmunitet
sistemini gücləndirir. Xəstəliklərə qarşı qalxan funksiyasını yerinə
yetirir. Qabıqlı yeyildikdə infeksiyalara yoluxmağın qarşısını alır.
Kinkan
A vitamini baxımından da zəngindir. B1, B2 ve B3 vitamini də ehtiva
edir. Həmin vitaminlər sinir sisteminə yaxşı təsir göstərir.
Tərkibindəki kalsium sayəsində sümük və diş sağlamlığı üçün əvəzsiz rol
oynayır.
Kinkanı
salatlarınıza doğrayıb yeyə, yaxud şirəsini içə bilərsiniz. Xüsusilə,
qarşıdan gələn payız və qış aylarında hər gün yemək məsləhətdir.