Qoxuların sehrli dünyasına baş çəkməyə nə deyirsiniz?
Bədən
və ruh sağlamlığı sahəsində təsirləri olan və aromasına görə istifadə
edilən yağlarla evinizi hüzur dolu bir SPA mərkəzinə dönüşdürə
bilərsiniz.
Berqamot yağı
Berqamot
yağının rahatladan təsiri yorğunluğu atır, stressi azaldır. Özünüzü
kefsiz, əhvalsız hiss etdiyinizdə əhvalınızı yüksəldir və xəyal
qırıqlığını üzərinizdən götürür.
Eyni zamanda immunitet sistemini də gücləndirir.
Hind qozu yağı
Həzmi rahatladır, ürəkbulanma və qusmanı yox edir. Fiziki yorğunluğu aradan qaldırır.
Lavanda yağı
Ağrıkəsici və mikrob yox edici keyfiyyəti olan lavanda dəri problemlərinə də faydalıdır.
Yuxu problemi çəkənlər üçün bir həll yoludur.
Limon yağı
Antiseptik
olan və bakteriya inkişafına əngəl olan limon ilə enerjinizi yüksəldə
bilərsiniz. Dərini gözəlləşdirən limon yağı sızanaqları da müalicə edir.
Limon yağı eyni zamanda boğaz
ağrısına da faydalıdır.
Nanə yağı
Mədə bulantısına çox faydası olan nanə yağı həzmi rahatladıb, köpü yox edir. Sinusit və baş ağrısına da faydalıdır.
Çobanyastığı yağı
Özünüzü
həm ruhən, həm fiziki cəhətdən rahatlatmaq istəyirsinizsə, çobanyastığı
yağı yardımınıza yetişə bilər. İsteriya, depressiya, qorxu kimi
hallarda sakitləşdirici təsiri olan bu yağ
diş xəstəliklərinin müalicəsində də istifadə edilə bilər.
Portağal yağı dəridə meydana gələn sızanaqları qurudur. Mədə narahatlığını müalicə edib, həzmi rahatladır.