Min bir dərdin dərmanı - banan

Şərhlər: 4
Baxılıb: 3 844
Səs ver:
(səs: 2)
2 ədəd banan yediyiniz zaman...
Araşdırmalara görə 2 ədəd banan yediyiniz zaman 90 dəqiqə idmana yetəcək qədər enerjiyə sahib olarsınız. Bir çox idmançıların ən sevimli meyvəsinin banan olmasına çaşmamaq lazım. 
Ancaq bananın tək faydası enerji verməsi deyil, araşdırmalar 13 fərqli faydası olduğunu göstərir: 
1. Depressiya: İngiltərlədə edilən araşdırmaya görə depresiyada olan xəstələr banan yedikdən sonra özlərini yaxşı hiss ediblər. Bunun səbəbi isə bananın tərkibində triptofan maddəsidir. Triptofan rahatlamağa şərait yaradan serotonin maddəsi ixrac edir. 
2. Qlikoz səviyyəsi: Bananın tərkibindəki B6 vitamini qandakı qlikoz səviyyəsinin normaya salır.
3. Qanazlığı: Tərkibində dəmir olduğu üçün qanazlığının sağalmasında təsiri olan hemoqlobinin ixrac olmasına kömək edir.
4. Qan təzyiqi: Tərkibi kaliumla zəngin olduğu üçün qan təzyinin normaya düşməsinə kömək edir. Amerika Qida və Dərman İdarəsi (FDA) bananın qan təzyini və iflici aradan qaldırılmasında rolu olduğunu deyir. 
5. Beyin: İngiltərədə yerləşən məktəblərdən birində 200 şagirdin bir il ərzində imtahan zamanı banan yedizdiriblər. İmtahandan sonra edilən araşdırmalar nəticəsində məlum olub ki, şagirdlər daha uğurludurlar. 
6. Qəbzlik: Tərkibində lif olduğu üçün bağırsaqda hərəkəti normallaşdırır.  
7. Mədə turşuması: Banan bədəndə mədəni rahatlaşdırır. 
8. Səhərlər ürək bulantı: Yemək arasında banan yemək qandakı şəkəri normada saxlayır və səhərlər ürək bulantının qarşısını alır. 
9. Ağcaqanaq dişləməsi: Ağcaqanaq dişlədiyi zaman şişmə və qaşınt​ının qarşısını almaq üçün bananın qabığını sürtməyin effektiv olduğunu deyirlər. 
10. Əsəb sistemi: Banan B vitamini ilə zəngindir, bu vitamin əsəb sistemini sakitləşdirir.   
11. Mədə yarası:  Banandan mədə yarası xəstəliyi zamanı tövsiyyə edilir. 
12. Hərarət:  Tailandda hamilə qadınlar banan yeyərək dünyaya gələcək uşağın bədən temperaturunu aşağı salırlar.
Və son olaraq əlavə edək ki, banan alma ilə müqayisə edildikdə 2 dəfə çox karbohidrat, 3 qat daha çox fosfor və 5 qat daha çox A vitamini tərkiblidir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri